• $
  • €
  • ₽
  • ₺
  • £

Kömək etmək istəyəndə dedi ki, sizi də öldürərəm - Video

Kömək etmək istəyəndə dedi ki, sizi də öldürərəm - Video
31.08.2022 12:12
Bakıda küçədə arvadı Nuridə Əhmədovanı bıçaqladıqdan sonra maşınla hadisə yerindən qaçan Araz İsazadə barəsində cinayət işi başlanılıb.

Hadisə şahidləri "ATV xəbər”ə danışıblar.

"Çöldən qadının qışqırıq səsləri gəldi. Maşının qapısı açıq vəziyyətdə idi. Qadını yerə yıxıb döyməyə, saçını yolmağa başladı. Ətrafdakılar ona kömək istəyəndə bıçaqla göstərdi ki, öldürərəm, kimsə yaxın gəlməsin. Qadının boğazının, əlinin, üzünün kəsildiyi halını gördüm”, - onlardan biri deyib.

"Qız yaxınlıqdakı hospitalda işləyir. Elə hospitalın yanında aralarında söz-söhbət olub, camaatın gözü önündə onu vurub”, - digəri bildirib.  

Zərərçəkmişin müalicə olunduğu xəstəxananın baş həkimi Səməd Səmədovun sözlərinə görə, qadın çoxsaylı bədən xəsarətləri alsa da, xoşbəxtlikdən daxili orqanlar zədələnməyib.

Avqustun 30-da 1997-ci il təvəllüdlü Nuridə Əhmədovanın xəsarətlər alması barədə prokurorluğa məlumat daxil olub. Araşdırmalarla zərərçəkmişin əri, 1989-cu il təvəllüdlü Araz İsazadənin küçədə bıçaqla çoxsaylı xəsarətlər yetirərək N.Əhmədovanı qəsdən öldürməyə cəhd edib hadisə yerindən uzaqlaşmasına əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Araz İsazadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İstintaq davam edir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol