Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yeni konsepsiya hazırlayıb

"Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ölkənin Rəqəmsal Transformasiya Konsepsiyasını hazırlayıb, bunu nazir müavini Samir Məmmədov bildirib.
Onun sözlərinə görə, layihə "Rəqəmsal transformasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" ölkə prezidentinin 27 aprel 2021-ci il tarixli fərmanına uyğun olaraq texnoloji yeniliklər, inkişaf meyarları, ən əsası cəmiyyətin tələbatı nəzərə alınmaqla hazırlanıb.
"Sənəd dövlətdaxili prosedurlara uyğun olaraq aidiyyəti qurumlarla razılaşdırılma mərhələsindədir. Layihə çərçivəsində rəqəmsal transformasiyanın idarə olunması, əlaqələndirmə, eləcə də tənzimlənmə mexanizmlərinin formalaşdırılması, rəqəmsal transformasiya arxitekturasının qurulması, rəqəmsal hökumətə keçid və ictimai xidmətlərin təkmilləşdirilməsi, insan kapitalının inkişaf etdirilməsi, özəl sektorun rəqəmsallaşmasının dəstəklənməsi istiqamətində kompleks tədbirlər həyata keçirilməkdədir", - o, qeyd edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 13:16
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Son xəbərlər 
Daha çox 






















