• $
  • €
  • ₽
  • ₺
  • £

“Güzəştli mənzil” sisteminə kiberhücumlar 11 ölkəyə məxsus 47 IP ünvanından olub - RƏSMİ

“Güzəştli mənzil” sisteminə kiberhücumlar 11 ölkəyə məxsus 47 IP ünvanından olub - RƏSMİ
23.09.2022 17:42
"Güzəştli mənzil” sisteminə kiberhücumlar 11 ölkəyə məxsus 47 IP ünvanından olub. Bu, Dövlət Təhlükəsizliyi Xidməti, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ("ASAN Xidmət") "Güzəştli mənzil” sistemi vasitəsilə mənzil seçiminin təşkili prosesində Elektron Hökumətin İnkişafı Mərkəzinin "ASAN Login” sisteminə kiberhücumla bağlı aparılan araşdırmalara dair birgə məlumatında qeyd olunub.
 
"Daha əvvəl məlumat verildiyi kimi, MİDA-nın növbəti layihəsi - Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində 815 mənzilin 15.09.2022-ci il tarixində seçim prosesi başlamazdan öncə dövlət orqanlarının informasiya sistemlərinə kiber müdaxilələrin edildiyi təsbit olunub, seçim prosesinin vaxtı təxirə salınmış və faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində cinayət işi başlanılıb. İbtidai istintaqla müəyyən edilib ki, Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Yasamal Yaşayış kompleksinin ikinci mərhələsində mənzil seçimi prosesinin həyata keçirilməsi üçün "Güzəştli mənzil” sisteminə girişi təmin edən "ASAN Xidmət" yanında Elektron Hökumətin İnkişafı Mərkəzinin nəzdində fəaliyyət göstərən ASAN Login vahid giriş sisteminə Bakı vaxtı ilə 10:38-dən 10:53-dək müxtəlif ölkələrə məxsus IP ünvanlardan törədilmiş DDOS - yəni paylanılmış xidmətdən imtina hücumu formasında kibermüdaxilə nəticəsində əlaqəli şəkildə fəaliyyət göstərən ASAN Login vahid giriş sisteminə məxsus kompüter sistemlərinin işləməsinə qəsdən ciddi maneə yaradılıb, seçim prosesinə müdaxilənin qarşısının alınması üçün proses dayandırılıb", - məlumatda yazılıb.

Qurumun məlumatına görə, araşdırmalar zamanı cinayət əməllərinin texniki izləri aşkar edilib rəsmiləşdirilərək götürülüb, kiberhücumların ümumilikdə 11 ölkəyə məxsus 47 IP ünvanından həyata keçirildiyi müəyyən edilib.

""Kibercinayətkarlıq haqqında” Budapeşt Konvensiyası üzrə təxirəsalınmaz prosedur tədbirlər yerinə yetirilərək kiberhücumun həyata keçirildiyi IP ünvanların aid olduğu ölkələrə edilmiş müraciətlər əsasında IP məlumatlarının mühafizə olunması üçün tədbirlər görülməsi barədə zəmanət alınıb, kiberhücumların ümumi mənbəyinin müəyyən edilməsi üçün təsdiq edilmiş ilkin məlumatlar əsasında IP ünvanlara dair abunə və trafik məlumatlarının götürülməsi və həmin məlumatlardan irəli gələn istintaq hərəkətlərinin aparılması üçün aidiyyəti ölkələrə müvafiq məhkəmə qərarları əsasında "Cinayət işi üzrə qarşılıqlı hüquqi yardım” sorğuları ünvanlayıb, zəruri kommunikasiya, istintaq-əməliyyat və əməliyyat-texniki tədbirlər həyata keçirilməkdədir. Eyni zamanda qeyd edilir ki, aidiyyəti dövlət orqanları ilə birgə qeyd olunan kiberhücum kanalları tam təsbit edilərək bloklanmaqla yanaşı, mənzillərin təxirə salınmış güzəştlə seçimi prosesinin gücləndirilmiş təhlükəsizlik şərtlərinin təmin edildiyi şəraitdə təşkili və keçirilməsi üçün zəruri tədbirlər görülüb. Təxirə salınmış mənzil seçimi prosesinin 24.09.2022-ci il tarixində saat 15:00-da keçirilməsi qərara alınıb", - qurum deyib.



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol