• $
  • €
  • ₽
  • ₺
  • £

D18 hərəkatının sədrinin şikayəti təmin edilməyib

D18 hərəkatının sədrinin şikayəti təmin edilməyib
29.09.2022 13:40
Demokratiya 1918 (D18) hərəkatının  sədri, Azərbaycan İnzibati Xətalar Məcəlləsinin polisə müqaviməti nəzərdə tutan maddəsilə ittiham olunaraq 30 sutka müddətinə həbs edilən Əhməd Məmmədlinin  apellyasiya şikayəti təmin edilməyib. Bu barədə qərar  sentyabrın 28-də Bakı Apellyasiya Məhkəməsində qəbul edilib. 

"Əhməd Məmmədli İnzibati Xətalar Məcəlləsinin xuliqanlıq və polisin qanuni tələblərinə tabe olmamaq maddələri ilə ittiham olunur. Protokolda yazılıb ki, o söyüş söyüb, polis isə onu söyüş söyməməyə dəvət edib. Əhməd özü də məhkəmədə bildirdi ki, ümumiyyətlə belə bir şey olmayıb. Biz hesab edirik ki, ona verilən bu ittiham əsassız və qanunsuzdur. Məhkəmə onun 30 gün həbsdə nə üçün saxlanıldığını əsaslandırmadı", - onun vəkili Zibeydə Sadıqova jurnalistlərə açıqlamasında deyib.
 
Məhkəmə açıq keçirildiyi halda ictimai fəallar zala buraxılmayıb. 

Məmmədli sentyabrın 20-də günorta saatlarında mülki şəxslər tərəfindən Bakının İslam Səfərli küçəsində saxlanılıb. Daxili İşlər Nazirliyi onun saxlanma xəbərini təsdiqləyib və araşdırılma aparıldığını deyib. Sentyabrın 20-də Demokratiya 1918 Hərəkatının sədri Əhməd Məmmədliyə Səbail Rayon Polis İdarəsinin təqdimatı ilə Səbail Rayon Məhkəməsi İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) ilə 30 sutka inzibati həbs cəzası verib.

Məmmədli sosial mediada yerləşdirilən vieomüraciətində müharibəyə qarşı şüarları və Prezident İlham Əliyevi tənqid etməsi ilə bağlı olduğunu  deyib. 
 
Hüquq müdafiəçilərinin fikrincə Əhməd Məmmədlinin həbsi siyasi motivlidir.

Ləman


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol