• $
  • €
  • ₽
  • ₺
  • £

Direktor ad gününə pul yığır?- Səs yazısı

Direktor ad gününə pul yığır?- Səs yazısı
05.10.2022 16:18
Mehdi Hüseynzadə adına Abşeron rayonu Novxanı kənd 1 nömrəli tam orta məktəbin direktorunun ad günü üçün rüşvət yığıldığı iddia olunub. Bu barədə "Portağal Media” məlumat yayıb.

Bildirilib ki, məktəbin direktoru Taliyə Mirzəyeva ad gününə görə şagirdlərdən rüşvət toplayıb.

Məlumatda səs yazısı da yayılıb. Səs yazısında danışan şəxsin kim olduğu bilinməsə də, Taliyə müəllimə adlı şəxsin adı hallanıb.

"Türkanə, qızım, Taliyə müəllimənin ad gününə görə nə qədər pul yığılıb? Bu həftənin sonuna qədərdir, birinci gün mən verməliyəm, başqa cür alınmır. Türkanə, bilirəm, qızım, 100 manat azdır da, ona görə deyirəm. Başa düşdün? Yəni 100 manat versək, birdən xoşuna gəlməz. Ona görə deyirdim ki, heç olmasa bir təhər düz-qoş edərdik, 150 manat olardı, üzümüz ağ olardı, narahatlıq olmazdı. Düzdür, bir problem yaşanmaz, amma yenə də bizim öz müqəddəratımız üçün...”

Məsələ ilə bağlı, Abşeron-Xızı Regional Təhsil İdarəsinə müraciət ünvanladıq. Bu barədə məlumat veriləcəyi bildirildi.
 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol