Yasamalda boru partladı - Küçəni su basdı - VİDEO

Bakının Yasamal rayonunda su borusunda qəza baş verib. Nəticədə ətrafı su basıb.
"Azərsu" ASC bildirilib ki, hadisə "+ 52 Alatava" və "+ 82 Qərb" mərkəzi su anbarlarını əlaqələndirən 1400 mm-lik magistral su kəmərində olub. Həmin ərazidə su nasoslarının fəaliyyəti müvəqqəti dayandırılıb. Əraziyə Bakı Sukanal və Yasamal rayon Sukanal idarələrinin qəza briqadaları, xüsusi texnika cəlb olunub.
Baş vermiş hadisə ilə əlaqədar Yasamal və Səbailin bəzi ərazilərində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























