• $
  • €
  • ₽
  • ₺
  • £

Aksiyada tutulan AXCP üzvü işgəncəyə məruz qalıb - İDDİA

Aksiyada tutulan AXCP üzvü işgəncəyə məruz qalıb - İDDİA
17.11.2022 09:53
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan şöbəsinin fəalı, partiyanın noyabrın 11-də Bakı şəhər İcra Hakimiyyətinin qarşısında keçirdiyi etiraz aksiyasında tutulan Rövşən Məmmədov işgəncəyə məruz qalıb. Bu barədə Meydan TV-yə "Müdafiə Xətti” İnsan Haqları Təşkilatının icraçı direktoru Rüfət Səfərov məlumat verib.

O bildirib ki, Rövşən Məmmədovun vəkili noyabrın 16-da inzibati qaydada həbs olunanların saxlandığı məntəqədə onunla görüşüb. O, vəkilinə bildirib ki, istər etiraz aksiyasında saxlanlıb aparılarkən yolda, istərsə də Səbail rayonu, 8-ci polis polməsində fiziki və psixoloji işgəncələrə məruz qalıb. Rövşən Məmmədov bir neçə saat ərzində döyüldüyünü bildirib.

AXCP üzvünün dediyinə görə, məruz qaldığı işgəncələr nəticəsində səhhətində ciddi problemlər yaranıb, hazırda da ağrılardan əziyyət çəkir.

Rövşən Məmmədovun vəkili onun işgəncə şikayətilə əlaqədar prokurorluğa ərizə verib. Eyni zamanda, onun 30 günlük inzibati həbsi haqda qərardan da apelyasiya məhkəməsinə müraciət olunub.

İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddəsilə ittiham olunan Rövşən Məmmədovun aksiya zamanı hadisə yerində olan Post-Patrul Xidməti maşınının şüşəsini sındırdığı iddia olunur.

Lakin Rövşən Məmmədov özü də, AXCP də bu ittihamı rədd edir.

"Şahidlər, videogörüntülər var, şüşəni özləri sındırıblar, Rövşən Məmmədovu şərləmək üçün istifadə edirlər. Rövşən Məmmədovu maşına mindirəndə artıq şüşə sınıq olub. Yüzlərlə insanın gözü qarşısında baş vermiş bir hadisə ilə bağlı belə ağ yalan danışmağın adını qoymağa da çətinlik çəkirik”, – AXCP-dən belə deyilib.

Partiya Məmmədovun ailəsinin Salyanda acınacaqlı vəziyyətdə yaşamasına da diqqət çəkib.
 
"Belə bir durumda olan ailənin yeganə çörəkgətirənini şərləyiblər…”

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin yaydığı açıqlamada isə iddia olunur ki, noyabrın 11-də etiraz aksiyası zamanı iştirakçılardan Rövşən Məmmədov sərxoş vəziyyətdə olub. O, polisin xidməti avtomobilinin arxa şüşəsini sındırdığı üçün saxlanılaraq polis bölməsinə gətirilib.
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol