• $
  • €
  • ₽
  • ₺
  • £

Gültəkin Hacıbəyli sərbəst buraxılıb- YENİLƏNİB

Gültəkin Hacıbəyli sərbəst buraxılıb- YENİLƏNİB
30.11.2022 11:22
Milli Şuranın üzvü Gültəkin Hacıbəyli sərbəst buraxılıb. Bu barədə onun özü sosial şəbəkədə məlumat yayıb.
 
Məlumatda azadlıqda olduğunu bildirib.

 "Dostlar, azadlıqdayam. Diqqətinizə görə minnətdaram. Mənə ölkədə olmadığım, məlumatım olmadığı, xəbərdar edilmədiyim, SMS xəbərdarlıq almadığım halda xüsusi ittiham qaydasında cinayət işi açıblar. "Facebook”da bir nəfərin statusunun altında yazdığım şərhə görə, özü də status bir neçə gündən sonra silindiyi halda. Yəni, olmayan şərhə görə. Mənim xəbərim olmadan mənə vəkil də tutublar ki, işi icraata götürüb axtarışa versinlər. Görürsünüzmü, necə qayğıkeş hökumətimiz var! İttihamın mahiyyətini biləndə, məni kimin əli ilə vurmaq istədiklərini biləndə şoka düşəcəksiniz və Azərbaycan hakimiyyətinin gerçək üzünü görəcəksiniz! Məni özlərinin ən zəif, mənim ən güclü yerimdən vurmaq qərarına gəliblər. Çox sağ olsunlar, gerçəkdən də buna görə onlara minnətdaram", - Gültəkin Hacıbəyli bildirib. 
 
Gültəkin Hacıbəyli barəsində həbsli axtarışla bağlı qərar ləğv olunub. Bunu Gültəkin Hacıbəylinin vəkili Bəhruz Bayramov APA-ya bildirib.

O deyib ki, Gültəkin Hacıbəyli Nəsimi rayon Məhkəməsinə gətirilib və sərbəst buraxılıb.

"Ondan xüsusi ittiham qaydasında şikayət edən Leyla Arif adlı şəxsdir. Leyla Arif sosial şəbəkə hesabında Gültəkin Hacıbəylinin ona böhtan atdığını bildirib və barəsində şikayət verib”,- vəkil bildirib.
 
Gültəkin Hacıbəyli ölkədə olmadığına görə, onun barəsində həbsli axtarış elan olunub. Hazırda dayandırılmış icraat yenilənib və hakim Elməddin Hüseynovun icraatında olan iş üzrə məhkəmə prosesi dekabrın 8-nə təyin edilib.
 
 ***********
 
Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin saxlanılıb. Bu barədə sosial şəbəklərdə məlumat yayılıb.
 


Onun ötən gecə xaricdən ölkəyə qayıdarkən Bakı hava limanında saxlanıldığı bildirilir.
 
Gültəkin Hacıbəyli Nəsimi Rayon Məhkəməsi tərəfindən axtarışa verilib.
 
Sabiq deputat barəsində Cinayət Məcəlləsinin 147.2 (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə şikayət olunub. 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov anews.az-a onun izahatı alınaraq sərbəst buraxıldığını bildirib.
 
Aytac Zeynalova

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol