• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” “Korporativ sosial təsir strategiyasının biznesə faydaları” seminarında iştirak edib

“Nar” “Korporativ sosial təsir strategiyasının biznesə faydaları” seminarında iştirak edib
30.11.2022 14:48
27-28 noyabr tarixlərində AmCham Azərbaycan və ABŞ-ın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə "Effektiv korporativ sosial təsir strategiyasının biznesə faydaları” mövzusunda tədbir keçirilib. Məqsəd qurumların KSM strategiyalarını daha da təkmilləşdirməsi üçün stimul yaratmaq, özəl və dövlət sektorları arasında əməkdaşlıq əlaqələrini gücləndirmək olub. Tədbir zamanı ölkədə həyata keçirilən mühüm sosial əhəmiyyətli layihələr müzakirə olunub, sonda iştirakçılara bu istiqamətdə fəaliyyətlərini inkişaf etdirmək üçün fərdi strategiyaların yaradılmasına dəstək verilib.

Tədbirdə "Nar”ın İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Əziz Axundov, şirkətin uzun illərdir insanların həyat keyfiyyətinin yüksəldilməsinə yönəlmiş sosial layihələri, eyni zamanda KSM strategiyasının əsas istiqamətləri haqqında geniş məlumat verib. Mobil operatorun dünyanın sosial məsuliyyətli bizneslərini bir araya toplayan BMT Qlobal Sazişinin bir iştirakçısı olduğu, hazırlanan layihələrin dayanıqlı inkişaf məqsədlərinə xidmət etdiyi vurğulanıb. "Nar” şəffaflıq məqsədilə artıq 3 ildir ki, bu istiqamətdə görülən işlərin məcmusu olan Dayanıqlı İnkişaf hesabatını ictimaiyyətə təqdim edir. "Nar”ın sosial fəaliyyəti ilə bağlı daha ətraflı məlumat üçün bura daxil ola bilərsiniz. 

"Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. "Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anar Bayramov direktoru işdən çıxarıb
Cəmiyyət 14:56
Anar Bayramov direktoru işdən çıxarıb
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəmiyyət 14:42
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəlilabadda 6 kəndin işığı kəsilib
Cəmiyyət 14:28
Cəlilabadda 6 kəndin işığı kəsilib
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Cəmiyyət 13:29
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Cəmiyyət 13:21
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Cəmiyyət 13:16
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Cəmiyyət 13:03
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:53
Sabahın hava proqnozu açıqlanıb
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Cəmiyyət 12:47
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol