Yoluxanların sayı açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 62 yeni yoluxma faktı qeydə alınıb, 37 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 824 574 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 298 nəfər müalicə olunaraq sağalıb, hazırda 292 aktiv xəstə var. Bu günə qədər 9 984 nəfər vəfat edib.
www.anews.az
Son xəbərlər 
Daha çox 























