• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir Anar Kərimov vəzifəsindən azad olunub - İDDİA

Nazir Anar Kərimov vəzifəsindən azad olunub - İDDİA
21.12.2022 16:18
Mədəniyyət naziri Anar Kərimov tutduğu vəzifədən azad olunub. Bu barədə Demokrat.az məlumat yayıb.
 
Medianın məlumatına görə, bununla bağlı yaxın zamanlarda Prezidentin sərəncamı  gözlənilir.
 
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi ilə əlaqə saxlamağa çalışsaq da, telefona cavab verən olmadı.

Anar Kərimov Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 2021-ci il tarixli Sərəncamı ilə mədəniyyət naziri vəzifəsinə təyin edilmişdi.
 
2022-ci il noyabrın 1-də Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının Mədəniyyət Nazirliyində  keçirdiyi əməliyyat zamanı Azərbaycan mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev həbs edilib. Məlumata görə, onun həbsinin səbəbi korrupsiya hallarına yol verməsidir. Nazirin birinci müavini ilə bərabər  nazirliyin Təchizat və Əmlak şöbəsinin müdiri İlkin Nəsibov Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə (mənimsəmə və ya israf etmə) və Protokol Şöbəsinin rəisi Kamil Rzayev saxlanılıblar.
 
Elnur Əliyev bu vəzifəyə 2021-ci ilin sentyabrında təyin olunub. 
 
Aytac Zeynalova
 

 



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol