Azərbaycanda 80 dövlət əmlakı hərraca çıxarılacaq

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanvarın 10-da 80 dövlət əmlakını hərraca çıxarmağa hazırlaşır.
Bunlardan 5-i səhmdar cəmiyyəti, 11-i kiçik dövlət müəssisəsi və obyekti, 64-ü isə nəqliyyat vasitəsidir.
Səhmdar cəmiyyətlərə "Bakavtoservis”, "Goranboy Aqrotexservis” və digərləri aiddir. Onların nizamnamə kapitalı 20 734 - 1 299 800 manat arasında dəyişir. Bu kateqoriyaya aid edilənlər arasında səhmləri özəlləşdirməyə çıxarılan və ilkin start qiyməti ən çox olan müəssisə "Bakavtoservis” ASC-dir. Bu səhmdar cəmiyyətin 30,03%-lik səhm paketi alıcılara təklif olunur.
Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri iqtisadiyyatın müxtəlif sahələrinə aiddir. Digər üstün cəhət isə əksəriyyətinin torpaq sahələri ilə birgə özəlləşdirilməyə çıxarılmasıdır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























