• $
  • €
  • ₽
  • ₺
  • £

Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 50 mənzil verilib

Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 50 mənzil verilib
24.12.2022 11:39
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 50 mənzil təqdim edilib.

Bu barədə nazirlikdən məlumat verilib.

Mənzillərin sənədlərinin təqdim edilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Prezident İlham Əliyevin siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayandığını vurğulayıb.

O, tarixi Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra dövlət başçısının göstərişinə əsasən şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı icra olunan genişmiqyaslı sosial dəstək proqramından bəhs edib.

Proqram çərçivəsində nazirlik tərəfindən şəhidlərimizin ailə üzvləri, müharibə iştirakçılarından ibarət artıq 121 min şəxsə sosial dəstək yönümlü 260 min xidmət göstərilib.

Sosial dəstək proqramının mühüm istiqamətlərindən biri kimi, postmüharibə dövründə şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 4300 mənzil və fərdi ev verilib. Ümumilikdə ötən dövrdə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 13100 mənzil və fərdi ev təqdim edilib.

Mənzillərlə təmin edilən vətəndaşlar dövlət tərəfindən daim dəstəklə əhatə olunduqlarını bildirib, müasir tələblərə uyğun yaşayış şəraitinin yaradıldığı yeni mənzillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. (report.az)

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Cəmiyyət 15:31
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Bakıda 140 gün ərzində 101 küçə və prospektdə təmir işləri yekunlaşıb
Cəmiyyət 15:24
Bakıda 140 gün ərzində 101 küçə və prospektdə təmir işləri yekunlaşıb
Anar Bayramov direktoru işdən çıxarıb
Cəmiyyət 14:56
Anar Bayramov direktoru işdən çıxarıb
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəmiyyət 14:42
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəlilabadda 6 kəndin işığı kəsilib
Cəmiyyət 14:28
Cəlilabadda 6 kəndin işığı kəsilib
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Cəmiyyət 13:29
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Cəmiyyət 13:21
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Cəmiyyət 13:16
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Cəmiyyət 13:03
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol