• $
  • €
  • ₽
  • ₺
  • £

Rasim Məmmədov 14 il müddətinə azadlıqdan məhrum edilib

Rasim Məmmədov 14 il müddətinə azadlıqdan məhrum edilib
28.12.2022 16:25
"Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədova hökm oxunub və o, 14 il müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Məmmədova - Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə elan edilib.
 
İttihamda "Baku Steel Company” MMC 2009-cu ilin avqustunda qeydiyyatdan keçdiyi göstərilib.

Rasim Məmmədov 2021-ci il yanvarın 28-nə qədər şirkətin Müşahidə Şurasının sədri olub. O, zavoda rəhbərlik etdiyi dövrdə vəzifə səlahiyyətlərindən sui-istifadə edib, sənədlərə yalan məlumatlar daxil etməkdə, o cümlədən rəqəmləri şişirtməklə, başqa şəxslərin adına şirkətlər yaratmaqda, "Baku Steel Company”nin mallarını həmin şirkətlərə daha aşağı qiymətlərlə satmaqda, "Baku Steel Company”nin məhsullarını öz obyekt və yaşayış binalarına sərf etməkdə ittiham olunur.

İttiham aktın əsasən, Rasim Məmmədov bu cür üsullarla ümumilikdə 55 milyon manatlıq mənimsəmə və israfetməyə yol verib. Onun barəsində Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə emə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham irəli sürülüb.
 
O, 2021-ci ilin yanvarından həbsdədir və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılır
 
Rasim Məmmədov nə ibtidai istintaq zamanı, nə də məhkəmədə  ona edilən ittihamları qəbul etməyib və  məhkəmə boyu pulların başqası tərəfindən mənimsənildiyini deyib.
 
Məhkəmənin hazırlıq iclasında vəkil Elçin Sadıqov şirkətə şərik olmuş Bəylər Əyyubovun, qardaşının və Ramiz Mehdiyevin məhkəməyə şahid kimi dəvət olunaraq dindirilməsi barədə vəsatət qaldırandan sonra sentyabrın 11-də Cinayət Məcəlləsinin "külli miqdarda rüşvət alma" maddəsi ilə 4 ay müddətinə həbs olunub və  hazırda ev dustaqlığındadır. 
 
Lida Abbaslı

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol