Bakı Oksford Məktəbi müsadirə olunub

"Baku Steel Company"nin keçmiş rəhbəri Rasim Məmmədovun cinayət işi ilə bağlı üzərinə həbs qoyulmuş bir sıra əmlaklar müsadirə olunub.
Bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova- Məmmədovanın sədrliyi keçirilən iclasda elan olunmuş hökmdə qeyd olunub.
Həmin əmlaklara Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən Bakı Oksford Məktəbi, Sumqayıt şəhərində yerləşən bir şirkət, bir neçə fərdi yaşayış və bağ evləri daxildir.
Hökmdə qeyd edilib ki, Rasim Məmmədovun Bakının Səməd Vurğun küçəsində yerləşən iki evi və Bakıdakı bir torpaq sahəsinin üzərindən həbs götürülüb.
Rasim Məmmədov külli miqdarda mənimsəmə israfetmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı maddələri ilə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilib.
Cinayət işi üzrə dəymiş ziyan 185 milyon manat təşkil edib.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur