• $
  • €
  • ₽
  • ₺
  • £

Jurnalistlər üçün fəaliyyəti uğursuz olan mətbuat katibləri - SİYAHI

Jurnalistlər üçün fəaliyyəti uğursuz olan mətbuat katibləri - SİYAHI
29.12.2022 21:25
2022-ci il başa çatır. Jurnalistlər arasında il ərzində fəaliyyətindən razı qalmadığınız və ya sorğularına əməkdaşlarının cavab vermədiyi mətbuat xidməti hansı oldu? sualını ünvanladıq. 

"Qafqazinfo"nun müxbiri Eldar Tanrıverdinin sözlərinə görə 2022-ci ildə Dövlət Gömrük Komitəsindən cavab ala bilməyib. Komitənin mətbuat katibi Natiq Axundov telefonlara cavab verməyib.

Jurnalist Sənan İsmayıl Yasamal İcra hakimiyyətinin mətbuatı xidmətinin əlçatmaz olduğunu deyir.

Bizimxəbər saytının əməkdaşı Ədil Hüseynov Naxçıvanın bu yaxınlarda vəzifədən uzaqlaşdırılan sədri Vasif Talıbovun mərtbuat xidmətindən narazılığını bildirib.

AFN saytının əməkdaşı Həbibə Abdulla Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynovdan gileynəlib. Bildirib ki, sorğulara cavab ala bilmir.

"Vergilər" qəzetinin əməkdaşı Fərqanə Allahverdi Dövlət Turizm agentliyinin mətbuatla çalışan komandasının fəaliyyətini uğursuz adlandırıb.

"Sputnik-Azərbaycan" -nın əməkdaşı Zarina Orucəliyeva Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Əbubəkrin fəaliyyətindən narazıdır.

Jurnalist Nemət Orucov Elm və Təhsil Nazirliyinin fəaliyyətini uğursuz hesab edib.

Space tv-nin əməkdaş Nübar Lətifli də Elm və Təhsil nazirliyindən narazıdır. O bildirir ki,qurumun mətbuat katibi Cəsarət Valehov telefonlara ümumiyyətlə cavab vermir.

Sonxəbər.az saytının baş redaktoru Aysel İsgəndərova Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Əbubəkrin işləməməsindən narazılıq edib.

News24.az- ın əməkdaşı Məhərrəm Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbovun fəaliyyətini bəyənmədiyini deyir.Onun sözlərinə görə Talıbov çox ötəri və kobud cavablar verir.

Cəbhəinfo.az-ın əməkdaşı Vilayət Muxtar isə Gömrük Komitəsindən gileylənib.Jurnalistin fikrincə qurumun mətbuat katibi Natiq Axundov əvvəllər cavab versə də son zamanlar cavab verməkdən yayınır.

Axar.az-ın əməkdaşı Turanə Məmmədli üçün 2022-ci il fəaliyyəti uğursuz olan bir neçə mətbuat katibləri ilə yadda qalır.Onun sözlərinə görə daha çox Müdafiə Nazirliyi, Baş Prokurorluq və Hərbi Prokurorluq, eyni zamanda Nazirlər Kabineti sorğuları cavabsız qoyur. Səbəb kimi cavab alan kimi göndərəcəyik desələr də cavab göndərilmir.

Bizimmedia.az saytının əməkdaşı Aləmdə Nəsib də bir neçə qurumun mətbuat katibindən gileylənib.Jurnalist deyir ki, Azal,Nazirlər Kabineti,AQTA-nın mətbuat katibləri nə suallara, nə sorğulara cavab vermir.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbova isə çatmaq qeyri mümkündür.

Bəzi jurnalistlər mətbuat katiblərinin 2022-ci ildə fəaliyyətini 100 faiz yaxşı qiymətləndirib, bir qism jurnalist isə narazı olan mətbuat katiblərinin olduğunu desələr də onların adlarını çəkməyi uyğun bilməyib.

Sonda anews.az-ın üçün də bu il fəaliyyəti uğursuz olan mətbuat katibləri olub.Belə ki, 2022-ci il Nazirlər Kabinetinə dəfələrlə sorğu göndırməyimizə baxmayaraq cavab ala bilməmişik.Ədliyyə Nazirliyi kənardan mətbuatla çox səmimi olduğunu göstərsə də sorğularımıza cavab verməyib.Hətta "Ədliyyə Nazirliyi Prezidentin fərmanını icra etmir" başlıqlı şikayət yazısına belə qurumdan reaksiya verilməyib.İlin əvvəlində TƏBİB-ə göndərdiyimiz bir neçə sorğulara zamanında cavab ala bilməmişik.SOCAR- da baş verən dəyişiklikdən sonra da bəzi suallarımıza cavab tapmamışıq.

Ümid edirik mətbuat katibləri  jurnalistlərin qiymətləndirməsindən inciməzlər və fəaliyyətlərindəki nöqsanları növbəti ildə aradan qaldırarlar.
 
Gülnar Nazimqızı

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anar Bayramov direktoru işdən çıxarıb
Cəmiyyət 14:56
Anar Bayramov direktoru işdən çıxarıb
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəmiyyət 14:42
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəlilabadda 6 kəndin işığı kəsilib
Cəmiyyət 14:28
Cəlilabadda 6 kəndin işığı kəsilib
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Cəmiyyət 13:29
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Cəmiyyət 13:21
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Cəmiyyət 13:16
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Cəmiyyət 13:03
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:53
Sabahın hava proqnozu açıqlanıb
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Cəmiyyət 12:47
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol