• $
  • €
  • ₽
  • ₺
  • £

İllərdir qəzalı vəziyyətdə olan evlərə baxan yoxdur - ŞİKAYƏTÇİ/VİDEO

İllərdir qəzalı vəziyyətdə olan evlərə baxan yoxdur - ŞİKAYƏTÇİ/VİDEO
06.01.2023 17:02
Bakının Səbail rayon Badamdar küçəsi ev 28 ünvanında  yaşayan Azad Şükürov illərdir rayonun sürüşmə zonası olan ərazisində yaşayır. O deyir ki, bu evlər artıq təmirə yararlı deyil və yaşayış üçün  təhlükəlidir.
 
 
Şikayətçi bildirir ki, rəsmi qurumlar, onu dəfələrlə bir qapıdan o birinə göndərib. Amma bu müraciətlərin heç bir faydası olmayıb.
 
Səbail Rayon İcra Hakimiyyətindən verilən açıqlamaya görə, həmin ərazidə sürüşmə qeydə alınmayıb, buna görə də ərazidə sadəcə təmir işləri aparıla bilər.
 
"Sözügedən məsələ ilə əlaqədar bir müddət əvvəl Rayon İcra Hakimiyyətinin məsul işçiləri Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birgə sözügedən ünvana yerində baxış keçirib.

Səbail rayonu, Badamdar yolu küçəsi 28 ünvanında vətəndaş Şükürov Azad Sadiq oğluna məxsus fərdi yaşayış evinin texniki vəziyyəti haqqında Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin  23.07.2021-ci il tarixli aktına əsasən, yaşayış evinin ön hissəsində hündürlüyü 7 metr olan istinad divarında təmir işlərinin aparılmasına zərurət yarandığı müəyyən olunub.
 
Hazırda, həmin ünvanda hər-hansı ekzogen geoloji proses (sürüşmə, uçqun və s.) baş verməyib. Qeyd olunanlar nəzərə alınaraq təmir işlərinin aparılması üçün tərəfimizdən Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi müraciət olunub.
 
Bakı Şəhər İcra Hakimiyyəti Əsaslı Tikinti və Təmir MMC-nin 18.10.2021-ci il tarixli cavab məktubunda qeyd edilib ki, qaldırılan məsələnin müsbət həlli maliyyə vəsaiti ayrılacağı təqdirdə həyata keçiriləcək. Vətəndaşa bu barədə cavab məktubu ünvanlanıb”, - qurumdan bildirilib.
 
Şükürovlar ailəsinin hazırda əsas istəyi yaşamaq üçün təhlükəli hesab etdikləri bu ərazidən  tez zamanda köçürülə bilməkdir.
 
Ətraflı videomaterialı diqqətinizə çatdırırıq:
 

 
Lida Abbaslı

ISTIQAMƏT: 5.3.3. insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi
mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması;
5.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi;
QEYD: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb. 
 
 

 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol