• $
  • €
  • ₽
  • ₺
  • £

Razılıq olmadan Aİ missiyasının yerləşdirilməsi səmərəli olmayacaq-Lavrov

Razılıq olmadan Aİ missiyasının yerləşdirilməsi səmərəli olmayacaq-Lavrov
18.01.2023 16:36
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) missiyası tam hazırdır, lakin Ermənistan tərəfi orada uzunmüddətli əsasda missiyanın yerləşdirilməsinə dair Avropa İttifaqı ilə danışıqlara üstünlük verir. Azərbaycanın razılığı olmadan bu missiyanın yerləşdirilməsi səmərəli olmayacaq. Bunu xarici işlər naziri Sergey Lavrov Rusiya diplomatiyasının 2022-ci ildəki fəaliyyətinin yekunlarına dair mətbuat konfransında deyib.

O bildirib ki, Rusiyanın Ermənistanla mürəkkəb münasibətləri var: "Bizim Ermənistandakı mövcud vəziyyətlə bağlı çətinliklərimiz var. Erməni dostlarımız Azərbaycanla sərhəddə sabitliyin təmin edilməsi üçün KTMT missiyasının göndərilməsinin zəruriliyini irəli sürürdü və biz İrəvanda keçirilən sammitdə bu missiyanın parametrləri ilə bağlı sənəd razılaşdırdıq, lakin onu qəbul etmək mümkün olmadı. Çünki erməni həmkarlarımız bu sənəddə Azərbaycanın sərt şəkildə qınanılmasına israr etməyə başladılar".

Lavrov vurğulayıb ki, rəsmi Moskvanın hələ də Ermənistan-Azərbaycan sərhədinin Ermənistan hissəsinə KTMT missiyasını göndərmək istəyi var.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol