• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan korrupsiya şəffaflığına görə 157-ci pillədə qərarlaşıb

Azərbaycan korrupsiya şəffaflığına görə 157-ci pillədə qərarlaşıb
31.01.2023 17:41

Azərbaycanda 2022-ci ildə Korrupsiya Qavrama İndeksində 100 mümkün baldan 23 bal alıb. Bu barədə Beynəlxalq Şəffaqlıq təşkilatının 2022-ci il korrupsiyaya dair hesabatında məlumat verilir.


Azərbaycan Korrupsiya Qavrama İndeksində son 10 ildəki ən aşağı balını- 100 mümkün bal üzərindən 23 bal alıb. Beləliklə, Azərbaycan 180 ölkə içərisində 157-ci yerdə qərarlaşıb.


Hesabata görə, Azərbaycan Honduras, İraq, Myanmar, Zimbabve ilə eyni pillədə yer alıb.

 

İqtisadçı ekspert Məhəmməd Talıblı bildirir ki, Beynəlxalq Şəffaflıq Təşkilatında siyahıda adı olan ölkələrdə islahatlar keçirilmədiyi halda hər il indekslər aşağı düşür.


" Azərbaycanda bu indeksin aşağı düşməsinin bir çox səbəbi var. Əsas səbəblərdən biri mülkiyyət hüququnun pozulması hallarının sıx-sıx yaşanması, inhisarçılıq meyllərinin güclü olmasıdır. Ona görə də, Azərbaycanın qavrayış indeksində hər il geriləyir. Bunun aradan qaldırılması üçün islahatların həyəta keçirilməsində siyasi iradənin güclü olması lazımdır. Davamlı, sistemli islahatlar, öncəliklə struktur islahatları, qeyri-neft sektorunun inkişafı, maliyyə islahatları aparılmalıdır”, - ekspert deyib.


Talıblı vurğulayır ki, ictimai iştirakçılıq da bu sahədə xüsusi rola sahibdir.


"Azərbaycanda 2004-cü ildən bəri vətəndaş cəmiyyəti sektoru tamamilə çökdürülüb. Bu məsələdə Vətəndaş Cəmiyyətinin etibarı olmalıdır ki, cəmiyyətdəki problemləri dilə gətirsin, bunlarla bağlı tədqiqatlar, monitorinqlər, araşdırma apara bilsin, qüsurları hökumətin diqqətinə çatdırsın. Yalnız bu addımlardan sonra korrupsiya səviyyəsini aşağə salmaq haqqında düşünə bilərik”, - iqtisadçı ekspert bildirib.


Deputat Razi Nurullayev bildirir ki, Azərbaycanın şəffaqlıq məsələsində bu qədər geriləməsi təəssüf doğurur.


"Lakin hesab edirəm ki, Azərbaycan ötən ildə korrupsiyanın qarşısının alınması istiqamətində ciddi addımlar atıb və bu illər ərzində ölkədə şəffaflıq bir çox dövlət qurumlarında əvvəlkindən çox yaxşı vəziyyətdədir”, - deputat bildirib.


Razi Nurullayev hesab edir ki, Azərbaycanın bu sahədə geriyə getməsinin mühüm səbəblərindən biri ölkədə ictimai iştirakçılığın zəif olmasıdır.

 

"Müxtəlif dövlət təşkilatlarının nəzdində ictimai şuralar yaradılır ki, onlar həmin qurumlara nəzarət edib onlarla hesablaşsınlar. Şəffaflığın zəif olmasına səbəb həmin təşkilatların müstəqil olmamalarıdır. Belə təşkilatları bəzi hallarda dövlət qurumları özləri seçir və onlar üzərində hegemonluq edirlər. yaxud da, həmin təşkilatın üzvləri bu və ya digər şəkildə ələ alınır, qurumların mənfi tərəflərinə göz yumurlar. Nəticədə də, şəffaqlıq zəifləyir”, - deputat vurğulayıb.

 

Hesabata görə, qonşu ölkələrdən Türkiyə 101-ci, Rusiya 137-ci, Gürcüstan 41-ci, İran 147-ci, Ermənistan 63-cü pillədə qərarlaşıb.


Azərbaycan 2021-ci ildə 30 balla 128-ci pillədə yer alıb.
 
Lida Abbaslı
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol