• $
  • €
  • ₽
  • ₺
  • £

Soğanın ixracının dayandırılması qiymətin bahalaşmaması ilə bağlıdır - Nazirlik rəsmisi

Soğanın ixracının dayandırılması qiymətin bahalaşmaması ilə bağlıdır - Nazirlik rəsmisi
03.02.2023 21:07
Azərbaycanda soğanın  müvəqqəti ixracının dayandırılması daxili bazarda qiymətin sabit saxlanılması ilə əlaqələdir,bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə deyib.

"Dünyada soğana tələbat artıqca, daxili bazarda ixrac arta və ehtiyatların azalmasına səbəb ola bilər və yerli bazarda soğanın qiyməti daha da arta bilərdi. Hazırda daxili bazarda soğanın qiymətinin mövcud qiymətdən ucuzlaşacağı gözlənilmir. Mövcud qərar soğanın qiymətinin bahalaşmasının qarşısını alır”, - Fikrətzadə söyləyib.

Aqrar Tədqiqatlar Mərkəzinin direktorunun sözlərinə görə, 2023-cü ildə soğan istehsalında artım gözlənilir.

"Fermerlərdən Dövlət Aqrar İnkişaf Mərkəzləri vasitəsilə əldə etdikləri məlumata görə, builki qiymətlər cəlbedici olduğuna görə fermerlər soğanın əkinini genişləndirəcək. Ümumiyyətlə, anbar ehtiyatları ilə bağlı sahibkarlar tərəfindən məlumatların təqdim edilməsi nəzərdə tutulur. Burda hər hansı bir məcburedici norma olmadığına görə, sahibkarlar məlumatları könüllülük əsasında verirlər. Soğan əkin sahələri ilə bağlı məlumatlar tam təmin edilməyib. Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində anbarlarla bağlı məlumatlar qeyd ediləcək. Bunun üçün proqram təminatı hazırlanıb”, - nazirlik rəsmisi bildirib.

Fevralın 3-də baş nazir Əli Əsədov Azərbaycana şalot soğanın idxalına tətbiq olunan gömrük rüsumu üzrə güzəşt müddəti və məbləği ilə bağlı,həmçinin baş soğan və şalot soğanın ixracı müvəqqəti olaraq tənzimlənən malların siyahısına daxil edilməsi ilə bağlı qərar imzalayıb.
 

Qərara əsasən, şalot soğanın idxalına 2023-cü ilin sonuna qədər tətbiq edilən 0,6 ABŞ dolları məbləğində gömrük rüsumu, bu ilin mayın 1-nə qədər 0 % dərəcəsi ilə əvəz edilib.

Ölkədə müxtəlif dövrlərdə faraş soğanı 5 min hektara qədər sahədə əkilib. Hər il 270-280 min ton soğan istehsal edilir. İllərdən aslı olaraq 12 min ton faraş soğanı ixrac edilir, bəzən ehtiyac olanda 5-10 min ton soğan idxal edilir.

Son həftələrdə dünyada soğanın qiymətində kəskin bahalaşma müşahidə olunur.

Artıma səbəb Rusiya-Ukrayna müharibəsi,Pakistanda baş verən təbii fəlakətlər və Avropanı soğanla təmin edən Niderlandda quraqlığın olması əsas gətirilir.

Soğanın qiymətinin artması qonşu Gürcüstan və Rusiyada da müşahidə edilir.
 
Gülnar Nazimqızl

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Cəmiyyət 13:29
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Cəmiyyət 13:21
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Cəmiyyət 13:16
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Cəmiyyət 13:03
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:53
Sabahın hava proqnozu açıqlanıb
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Cəmiyyət 12:47
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Cəmiyyət 12:34
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Cəmiyyət 12:28
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol