• $
  • €
  • ₽
  • ₺
  • £

Dağıntılar altında qalan 4 tələbədən hələ də xəbər yoxdur

Dağıntılar altında qalan 4 tələbədən hələ də xəbər yoxdur
13.02.2023 10:52
Türkiyənin Malatya şəhərində zəlzələdən sonra dağıntılar altında qalan 4 azərbaycanlı tələbədən hələ də xəbər yoxdur. Bunu Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Vəsilə Vahidqızı öz sosial hesabında paylaşım edərək bildirib.
 
"Malatyadakı tələbələrdən xəbər ala bilmirik. Tələbələrdən birinin atasından və qardaşından indicə gələn mesajlar adamı dəhşətə gətirir. Tələbələri tapa bilmirlər. Deyir qazıntı aparanlar az qala binanın dibinə qədər gedib çıxırlar. Bir neçə insanın cansız bədənini çıxarıblar. Azərbaycanlı tələbələrdən isə hələ ki, heç bir iz yoxdur", - Vahidqızı facebook paylaşımında yazıb.
 
Fevralın 6-da Türkiyənin cənub-şərqində baş verən zəlzələdə 5 azərbaycanlı həyatını itirib. Onlardan biri Türkiyədə, digər 4-ü azərbaycana gətirlərək dəfn olunacaq. Bundan başqa 4 azərbaycanlının yeri müəyyən olunub.Onların sağlamlığının normal olduğu açıqlanıb. 
 
Zəlzələdən sonra 209 azərbaycanlı təxliyə olunub.
 
Son məlumatlara görə zələzlədə 29 605 nəfər həyatını itirib, 80 mindən çox yaralı var. 
 
Dağıdıcı zəlzələ qonşu ölkələrdə, o cümlədən Suriya, Livan, KKTC, Yunan Kipr və İraqda da hiss olunub.

BMT-nin baş katibi Türkiyədə baş verən zəlzələni "əsrin fəlakəti" adlanıdırıb.
 
Gülnar Nazimqızı 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol