Qadın sərnişinlərə qeyri-etik təkliflər edən taksi sürücüləri məsuliyyətə cəlb edildi

Qadın sərnişinlərə qeyri-etik təkliflər edən 8 taksi sürücüsü məsuliyyətə cəlb edilib. Bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Onlardan 1-i dələduzluq cinayəti, 8 fakt isə qadın sərnişinlərə qarşı qeyri-etik təkliflərlə bağlı olub.
Texniki vasitələrlə aşkarlanan hüquqpozma halları ilə bağlı 8 sürücü inzibati məsuliyyətə, 1 sürücü isə cinayət məsuliyyətinə cəlb edilib.
www.anews.az
Son xəbərlər 
Daha çox 























