• $
  • €
  • ₽
  • ₺
  • £

İctimai fəal Bəxtiyar Hacıyev aclığı davam etdirir- VƏKİL

İctimai fəal Bəxtiyar Hacıyev aclığı davam etdirir- VƏKİL
21.02.2023 17:39
Fevralın 21-də İctimai fəal Bəxtiyar Hacıyev su qəbuluna başlayıb. Lakin o, aclığı davam etdirir. Bu barədə vəkil Rövşanə Rəhimli Penitensiar Xidmətin Müalicə müəssisəsində Hacıyevlə görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib.

Vəkilin sözlərinə görə,  Bəxtiyar Hacıyevin səhhəti ağır vəziyyətdədir. Fevralın 16-da su qəbulundan da imtina edib, nəticədə onun vəziyyəti kəskin pisləşib. Hazırda Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan ictimai fəalın vəkilləri fevralın 21-də onunla orada görüşüb.

"Çox ağır vəziyyətdədir. Təzyiqi kəskin düşüb, qanda şəkər azalıb. Çətinliklə hərəkət edir. Ona hərtərəfli izah etdik, dostlarının, ona görə narahat olan başqa insanların da durumunu çatdırdıq. Su içməyə razı sala bildik”, – vəkil Rövşanə Rəhimli bildirib.
 
Fevralın 20-də Bakı Apelyasiya Məhkəməsi Bəxtiyar Hacıyev barəsində ev dustaqlığıyla bağlı şikayəti təmin etməyib. Buna baxmayaraq, vəkillər bu istiqamətdə hüquqi addımları dayandırmaq niyyətində deyil.

Öz növbəsində Penitensiar Xidmətdən vəkilin dedikləri ilə bağlı şərh almaq mümkün olmayıb.

Ötən il dekabrın 9-da Bəxtiyar Hacıyev barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Yanvarın 21-də məhkəmə müstəntiqin vəsatəti əsasında həbs qətimkan tədbirini fevralın 28-dək uzadıb.

O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur, amma özü bu ittihamları qəbul etmir. Yanvarın 13-də həbsdə olan Bəxtiyar Hacıyevə qarşı irəli sürülən ittiham ağırlaşdırılıb.

Yanvarın 9-da Bəxtiyar Hacıyev məhkəmə zalında həbsinə etiraz olaraq aclığa başladığını bildirib.  Hacıyev bundan öncə ötən il dekabrın 10-dan 28-dək, 14 gün aclıq edib

Yanvarın 24-də ölkənin 18 vətəndaş cəmiyyəti təşkilatının rəhbəri Prezident İlham Əliyevə Bəxtiyar Hacıyevin azadlığa buraxılması xahişi ilə müraciət edib.
 
Bununla yanaşı, çoxsaylı ictimai-siyasi xadimlər, jurnalistlər, ziyalılar, ictimaiyyət nümayəndələri sosial şəbəkələrdə "Azadlıq Bəxtiyarın haqqıdır!” devizi ilə video müraciət yayıblar.

Vəkillərin Hacıyevin ev dustaqlığına və ya girov müqabilində məhkəmə istintaqının başlanmasınadək azadlığa buraxılması ilə bağlı çoxsaylı vəsatətlərini məhkəmələr təmin etməyib.
 
İctimai fəal fevralın 16-dan sudan da imtina etdiyini açıqlayıb.

 Bəxtiyar Hacıyev artıq 44 gündür ki, aclıq aksiyası keçirir.
 
Aytac Zeynalova

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol