• $
  • €
  • ₽
  • ₺
  • £

2023-cü ilin yanvar-fevralında 8 Azərbaycan vətəndaşı Almaniyadan sığınacaq alıb

2023-cü ilin yanvar-fevralında 8 Azərbaycan vətəndaşı Almaniyadan sığınacaq alıb
14.03.2023 12:03
2023-cü ilin yanvar-fevralında 106 Azərbaycan Respublikası vətəndaşının sığınacaq ərizəsinə baxılıb, 8 Azərbaycan vətəndaşı isə Almaniyadan sığınacaq alıb. Bu barədə Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarənin (BAMF) sözçüsü Lioba Hebauer məlumat verib.

"Onlardan cəmi 3 nəfər Almaniya Miqrasiya Qanununun üçüncü paraqrafına, 5 nəfər isə, dördüncü paraqrafına uyğun sığınacaq alıblar. 43 nəfərin müraciətinə isə rədd cavabı verilib”.

Federal idarənin sözçüsü qeyd edib ki, 55 Azərbaycan Respublikası vətəndaşının müraciəti "Dublin” və s. prosedurlar səbəbindən baxılmadan müvafiq ölkə və idarələrə yönləndirilib.
 
Bu ilin yanvar-fevralı ərzində federal idarəyə ümumilikdə 58802 əcnəbi vətəndaş sığınacaq üçün müraciət edib.
 
Ötən il Azərbaycan vətəndaşları tərəfindən Almaniyaya  daxil olan ilkin müraciət ərizələrindən cəmi 67-sinə müsbət cavab verilib.
 
2022-ci ildə müxtəlif xarici ölkə vətəndaşları tərəfindən federal idarəyə ümumilikdə 217 774 ərizə daxil olub. Müraciət edənlər bu ölkədən sığınacaq istəyiblər.
 
Aytac

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Cəmiyyət 13:29
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Cəmiyyət 13:21
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Cəmiyyət 13:16
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Cəmiyyət 13:03
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:53
Sabahın hava proqnozu açıqlanıb
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Cəmiyyət 12:47
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Cəmiyyət 12:34
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Cəmiyyət 12:28
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol