• $
  • €
  • ₽
  • ₺
  • £

Fazil Mustafanın son vəziyyəti açıqlanıb - ikinci dəfə əməliyyat olunub

Fazil Mustafanın son vəziyyəti açıqlanıb - ikinci dəfə əməliyyat olunub
29.03.2023 10:28
Martın 28-də evinin qarşısında silahlı hücuma məruz qalan millət vəkili Fazil Mustafa bu gün ikinci dəfə əməliyyat olunub.  Bu barədə deputatın ailə üzvləri məlumat verib.
 
Bildirilib ki, bu gün deputat ikinci dəfə əməliyyat olunub və əməliyyat normal keçib.

"Çiyin nahiyəsindən aldığı güllə yarasında yarana biləcək problem səbəbindən köçürüldüyü klinikada növbəti dəfə əməliyyat edilb. Hazırda millət vəkilinin səhhəti normaldır, ağrıları yoxdur, vəziyyəti yaxşıdır, müalicəsi davam edir", məlumatda bildirilib.
 
Deputat ilk olaraq Kliniki Tibbi Mərkəzdə əməliyyat olunub. Daha sonra o, başqa tibb müəssisəsinə köçürülüb.
 
Ötən gün Sabunçu rayon Zabrat qəsəbəsində millət vəkili Fazil Mustada evinin qarşısında silahlı hücuma məruz qalıb."Kalaşnikov” avtomatından çoxsaylı atəş açılıb. Fazil Mustafa iki güllə yarası alıb. Çiyin nayihəsindən və ayağından yaralanan millət vəkilinə Kliniki Tibbi Mərkəzdə yerləşdirilib.

Faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

 Aytac Zeynalova

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol