• $
  • €
  • ₽
  • ₺
  • £

MEDİA tələbələr üçün infosessiya keçirib

MEDİA tələbələr üçün infosessiya keçirib
30.03.2023 09:46
Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə "MEDİAlab” layihəsi çərçivəsində ali təhsil müəssisələrinin tələbələri üçün infosessiya keçirilib.
Bu barədə MEDİA-dan məlumat verilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli bildirib ki, bu layihə media sahəsində innovasiya və inkişaf yönümlü fəaliyyətin davamlılığının təmin edilməsi, təhsil prosesində ənənəvi medianın rəqəmsal mediaya inteqrasiyasının dəstəklənməsi və gənclərin bacarıqlarının inkişafında müstəsna rol oynayacaqdır.

Tədbirin davamında MEDİA Agentliyinin nümayəndəsi Pərvanə İbrahimova media sahəsində gənc və peşəkar mütəxəssislərin hazırlanması və tendensiyalara uyğun rəqəmsal media bacarıqlarının inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

Sonra MEDİA Agentliyinin nümayəndəsi Aytən Babayeva "MEDİAlab” layihəsinin təqdimatını edərək, layihənin əsasən iki komponentdən - maarifləndirmə və bacarıqların inkişafından ibarət olacağını bildirib.

MEDİA Agentliyinin nümayəndəsi Aynur Zeynallı isə layihə çərçivəsində keçirilən sorğunun nəticələri və bir illik fəaliyyət planı haqqında məlumat verərək, növbəti mərhələdə müxtəlif ardıcıl inkişaf proqramlarının təşkil olunacağını vurğulayıb.

Tədbirin ikinci hissəsində Azərbaycan Televiziyasının "Xəbərlər” proqramının aparıcısı, telejurnalist Ruslan Həsənov tərəfindən "Newslab” - yaradıcı düşünmə, məzmun istehsalı və xəbər hazırlanması ilə bağlı bacarıqların inkişafı vörkşopu keçirilib. İnteraktiv müzakirə formatında keçirilən sessiyada Ruslan Həsənov iştirakçıları maraqlandıran sualları cavablandırıb, onlara praktik tapşırıqlar verib.

"MEDİAlab” layihəsinin əsas məqsədi texnoloji transformasiya zəncirinin əsas halqalarından olan insan resurslarının inkişafı üçün müvafiq sahədə kadr potensialının artırılması, media subyektləri və ali təhsil müəssisələri arasında qarşılıqlı fəaliyyət və əməkdaşlığın genişləndirilməsinə dəstək göstərilməsi, gənclərə rəqəmsal media bacarıqlarının təkmilləşdirilməsi üçün əlverişli ekosistemin yaradılmasıdır.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol