• $
  • €
  • ₽
  • ₺
  • £

YAP Heydər Əliyev İli çərçivəsində jurnalistlər arasında fərdi yazı müsabiqəsi elan edib

YAP Heydər Əliyev İli çərçivəsində jurnalistlər arasında fərdi yazı müsabiqəsi elan edib
05.04.2023 19:34
Yeni Azərbaycan Partiyası (YAP) Heydər Əliyev İli çərçivəsində jurnalistlər arasında Heydər Əliyev və yeni Azərbaycan mövzusunda fərdi yazı müsabiqəsi elan edib.

Məqsəd ümummilli lider Heydər Əliyevin həyat yolunun, xalqımız qarşısında müstəsna xidmətlərinin, zəngin dövlətçilik irsinin və əbədiyaşar ideyalarının hərtərəfli tədqiq olunaraq geniş ictimaiyyətə çatdırılması və yeni nəslə aşılanması, jurnalistlərin yaradıcılıq fəaliyyətinin stimullaşdırılmasıdır.

Müsabiqəyə təqdim olunacaq yazılar aşağıdakı nominasiyalardan biri üzrə hazırlanmalıdır:
- Tənəzzüldən intibaha: SSRİ dönəmində Azərbaycanın yüksəlişi
- Qurtuluşdan tərəqqiyə: müstəqillik dövründə Heydər Əliyevin yeni və müasir dövlət quruculuğu
- Tərəqqidən Zəfərə: Heydər Əliyev ideyaları ilə yeni zirvələrə doğru

Müsabiqədə iştirak
Ən azı bir il müddətində kütləvi informasiya vasitələrində fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.

Müsabiqəyə təqdim olunan yazılara aid tələblər
1. Yazının mövzusu təklif olunmuş nominasiyalardan birinə uyğun olmalıdır;
2. Müsabiqə iştirakçısı yalnız bir nominasiya üzrə yazı təqdim edə bilər;
3. Müsabiqə iştirakçılarının yazıları çalışdıqları mətbuat orqanlarında dərc olunmalıdır.

Yazıların qəbulu qaydaları
1. Yazı mətbu orqanda dərc olunduğu təqdirdə nəşrin 1 nüsxəsi, internet media resursunda dərc olunduğu halda isə müvafiq keçid – link təqdim edilməlidir;
2. Yazının elektron variantı (Times New Roman (12) şriftində - CD diskdə) - 1 nüsxə
3. Yazının A4 formatda çap olunmuş variantı (müəllifin imzası göstərilməməlidir) - 4 nüsxə
4. Yazıların həcmi: A3 formatında 1 səhifə (9-11 min işarə)

Tələb olunan sənədlər
Şəxsiyyət vəsiqəsinin surəti
Jurnalist vəsiqəsinin surəti
Şəxsi bank rekvizitləri (hesabın aktiv olması təsdiqlənməlidir)
Qiymətləndirmə meyarları:
- mövzunun əhatə olunması, jurnalist araşdırması, əsaslandırma;
- yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi;
- jurnalist obyektivliyi və məsuliyyəti, dövlətçilik maraqlarının müdafiəsi.

Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılması
Hər bir nominasiya üzrə I, II və III yerlər olmaqla üç iştirakçı mükafatlandırılacaq.
I yer - 700 manat
II yer - 500 manat
III yer - 300 manat

Müsabiqədə iştirak üçün yazıların qəbulu iyunun 1-i saat 18:00-dək davam edəcək.

Tələb olunan sənədlər Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatına (Bakı şəhəri, S.Senyuşkin küçəsi 26) təqdim edilməlidir.
Əlaqə telefonları: 012 490 80 33 / 077 440 02 00
Elektron ünvan: [email protected]

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Cəmiyyət 15:31
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Bakıda 140 gün ərzində 101 küçə və prospektdə təmir işləri yekunlaşıb
Cəmiyyət 15:24
Bakıda 140 gün ərzində 101 küçə və prospektdə təmir işləri yekunlaşıb
Anar Bayramov direktoru işdən çıxarıb
Cəmiyyət 14:56
Anar Bayramov direktoru işdən çıxarıb
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəmiyyət 14:42
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəlilabadda 6 kəndin işığı kəsilib
Cəmiyyət 14:28
Cəlilabadda 6 kəndin işığı kəsilib
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Cəmiyyət 13:29
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Cəmiyyət 13:21
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Cəmiyyət 13:16
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Cəmiyyət 13:03
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol