• $
  • €
  • ₽
  • ₺
  • £

1 tona yaxın narkotik vasitə məhv edilib

1 tona yaxın narkotik vasitə məhv edilib
26.04.2023 18:58

Aprelin 26-da 1964 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul edilmiş 4 ton 646 kq 593, 396 qr və 80944 ədəd həb müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr, eləcə də 39031 ədəd çətənə bitkisi, həmçinin güclü təsiredici maddələr aidiyyəti təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə yandırılaraq məhv edilib.

Bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatında bildirilib.

Xəbərə görə, proses Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası tərəfindən həyata keçirilib. Məhv edilən narkotik vasitələrin qara bazardakı qiyməti 223 milyon AZN təşkil edir.

Müvafiq məhkəmə hökmlərinə əsasən məhv edilən narkotik vasitələr üzrə 40 fakt gömrük orqanları tərəfindən aşkar olunub.

Ümumilikdə gömrük orqanları tərəfindən qanunsuz dövriyyədən çıxarılan 941 kq 913 qr heroin, 416 qr kokain, 10 kq 35 qr qurudulmuş marixuana, 7 kq 939 qr həşiş qətranı, 4 kq 920 qr tiryək, 796 həb metadon, 7 qr çətənə narkotik vasitələr, 298 qr Metamfetamin, 575,388 qr MDMB 4en PİNACA, 3015 həb MDMA, 1607 həb Diazepam, 891 həb Clonazepam, 195 həb Alprozolam, 2 həb Oxazepam, 926 həb Phenobarbital 100 psixotrop maddələr, 1522 kapsul Preqabalin, 300 həb Tramadol, 299 həb Ergotamin, 189 həb Gabapentin güclü təsiredici maddələr yandırılaraq məhv edilib.

Dövlət Gömrük Komitəsi tərəfindən məhvetməyə təqdim edilən narkotik vasitələr və psixotrop maddələrin Avropa qara bazarlarında orta pərakəndə satış qiyməti 41.314 000 (qırx bir milyon üç yüz on dörd min) Avrodan çoxdur.

Aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, gömrük orqanları tərəfindən qanunsuz dövriyyədən çıxarılan 941 kq 913 qr heroinin təxminən 99%-i cənub sərhədlərindən ölkə ərazisinə daxil olan, Azərbaycandan tranzit keçirilməklə müxtəlif Avropa ölkələrinə nəql edilməsi nəzərdə tutulan narkotik vasitədir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol