• $
  • €
  • ₽
  • ₺
  • £

İslam Ölkələrinin Statistik, İqtisadi və Sosial Araşdırmalar və Təlim Mərkəzi ilə əməkdaşlıq genişləndiriləcək (FOTO)

İslam Ölkələrinin Statistik, İqtisadi və Sosial Araşdırmalar və Təlim Mərkəzi ilə əməkdaşlıq genişləndiriləcək (FOTO)
02.05.2023 21:49
DOST Agentliyində ölkəmizdə səfərdə olan İslam Əmək Təşkilatının (İƏT) İslam Ölkələrinin Statistik, İqtisadi və Sosial Araşdırmalar və Təlim Mərkəzinin (SESRIC) Baş direktoru xanım Zehra Zümrüd Selçukun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.
 
Qonaqlar əvvəlcə 1 saylı Bakı DOST Mərkəzində vətəndaşlara göstərilən xidmətlərlə tanış olublar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsi​ndən Trend-ə verilən məlumata görə, görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ölkəmizdə əmək və sosial müdafiə sahəsində aparılan islahatlar və əldə olunmuş nailiyyətlər, DOST konsepsiyası, sosial sahədə innovativ həllərin geniş tətbiqi işləri barədə məlumat verib.

İƏT-ə üzv ölkələr üzrə statistika, iqtisadi və sosial sahələrdə araşdırmaların aparılması, təcrübələrin və texniki məlumatların mübadiləsində SESRIC-in fəaliyyətinin əhəmiyyəti vurğulanıb. Nazirliyin SESRIC ilə əməkdaşlığa xüsusi önəm verdiyi, həmçinin qurumun müxtəlif mövzularda keçirdiyi konfrans, seminar və təlimlərdə Nazirlik əməkdaşlarının iştirak etdiyi bildirilib. İƏT-in mərkəzi qərargahı Bakı şəhərində olmaqla yaradılacaq Əmək Mərkəzinin Təşkilata üzv ölkələr arasında əmək, məşğulluq, sosial müdafiə sahəsində əlaqələrin inkişafına töhfə verəcəyi qeyd olunub.
Zehra Zümrüd Selçuk ölkəmizdə sosial sahələrdə aparılan islahatlarla, habelə DOST modeli ilə bağlı müsbət fikirlərini ifadə edib.
 
O, rəhbəri olduğu qurumun fəaliyyət sahələri, icra etdiyi proqramlar barədə məlumat verib, SESRIC-in İƏT-in Bakıda yaradılacaq Əmək Mərkəzi ilə fəal əməkdaşlıq edəcəyini bildirib.

Görüşdə əmək, məşğulluq, sosial müdafiə sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Nazirliyin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın fəaliyyətindən bəhs olunub. Milli Observatoriya ilə SESRIC arasında gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Sonra nümayəndə heyəti üçün DOST konsepsiyası və əmək, məşğulluq, sosial müdafiə sahələrində yaradılmış elektron sistemlərə, rəqəmsal xidmətlərə dair təqdimatlar edilib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Cəmiyyət 15:31
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Bakıda 140 gün ərzində 101 küçə və prospektdə təmir işləri yekunlaşıb
Cəmiyyət 15:24
Bakıda 140 gün ərzində 101 küçə və prospektdə təmir işləri yekunlaşıb
Anar Bayramov direktoru işdən çıxarıb
Cəmiyyət 14:56
Anar Bayramov direktoru işdən çıxarıb
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəmiyyət 14:42
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəlilabadda 6 kəndin işığı kəsilib
Cəmiyyət 14:28
Cəlilabadda 6 kəndin işığı kəsilib
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Cəmiyyət 13:29
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Cəmiyyət 13:21
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Cəmiyyət 13:16
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Cəmiyyət 13:03
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol