Azərbaycan hərbi pilotları Türkiyədə uçuşlar keçirib - FOTO/VİDEO

Türkiyə Respublikasının Konya şəhərində keçirilən "Anadolu Qartalı – 2023” beynəlxalq taktiki-uçuş təlimində növbəti tapşırıqlar yerinə yetirilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Ümumi brifinqdən sonra pilotlarımız icra olunacaq fəaliyyətləri xəritə üzərində dəqiqləşdirib.
Təlimin növbəti günündə şərti düşmənin hava məkanına daxil olaraq müasir peyk naviqasiya sistemlərinin imkanlarından istifadə olunmaqla dağlıq ərazidə maskalanmış kiçik mobil və stasionar yer hədəflərini müəyyənləşdirmək və məhv etmək tapşırığı simulyasiya olunub.
Qarşıya qoyulan tapşırıqlar hərbi pilotlar tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib.
www.anews.az
Son xəbərlər 
Daha çox 























