• $
  • €
  • ₽
  • ₺
  • £

Taksi bahalaşacaqmı?

Taksi bahalaşacaqmı?
12.06.2023 23:58
Yaxın vaxtlarda taksilərə taksometr quraşdırılması planlaşdırılır. Bu məsələ Milli Məclisə daxil olan "Avtomobil nəqliyyatı haqqında” qanuna dəyişikliklərlə bağlı qanun layihəsində öz əksini tapıb.
 
Sənəddə deyilir ki, minik avtomobillərində onların qət etdiyi məsafənin, boşdayanmanın müddətinin uçotunun aparılması, gediş haqqının məbləğinin hesablanması və bu barədə sərnişinin məlumatlandırmasını təmin edən, taksi üçün nəzərdə tutulmuş fiskal yaddaşlı xüsusi cihaz (taksometr) və proqram təminatı olmalıdır.
 
Taksilərdə sürücü ilə sərnişin arasında narazılıq yaradan əsas səbəb qiymət məsələsidir. Bəzi sürücülər bildirirlər ki, belə olduqda heç kim qiymətdə aldanmayacaq. Bir qisim sürücülər isə bu qərarın onlar üçün sərfəli olmayacağını düşünürlər. 

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlının sözlərinə görə, taksometrlərin quraşdırılması qiymət artımına səbəb olsa da, xidmətin keyfiyyətinə ciddi təsir göstərəcək.
 
"Taksometrlə bağlı qərar əslində buna qədər qanunda var idi. Sadəcə illərdi ki, bu icra olunmur və bunun obyektiv və subyektiv səbəbləri var. Bu cihazlar kifayət qədər bahadır. Taksi sürücüləri  həmişə sosial vəziyyətlərinin çətin olduğunu bildirirlər. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi müxtəlif ölkələrlə danışıqlar aparır ki, taksometrlərin gələcəkdə ölkəyə ucuz qiymətə gətirilməsini hansısa formada təmin edə bilsinlər. Hal-hazırda taksi xidmətində qiymətlərə nəzarət sistemi lazımdır. Bunun mexanizmi də taksometrlərdən aslıdır. Həmçinin elektron sistem vasitəsi ilə də bunu etmək olar. Onsuz da sifarişlər  bu formada qəbul olunur və kilometraja görə hesablanıb müştəriyə bildirilir. Burada şirkətlərə nəzarət mexanizmi hansı formada həyata keçirilə bilər və şirkətlərin burada özbaşınalıq edib-etməməsi problemi var. Taksometr həm sürücünün, həm də sərnişinin gözü qarşısında qiyməti hesablayıb ekranda göstərir. Nazirlik qiymətlərin minimal həddini müəyyənləşdirməyə çalışır ki, şirkətlər bundan istifadə edib qiymətləri endirməsinlər. Belə olanda həm sürücülər, həm də sərnişinlər əziyyət çəkirlər. Sürücülər daha çox işləmək məcburiyyətində qaldığına görə, əsəbi və gərgin olurlar. Bu da nəticədə sərnişinlə müəyyən mübahisələrə gətirib çıxarır. Əgər normal qiymət olarsa, keyfiyyətli xidmət təşkil etmək olar. Yəni insanlar anlamalıdırlar ki, taksi qiymətinin az olması xidmət keyfiyyətinin aşağı olmasına gətirib çıxarır. Qanunda qeyd olunan yeniliklərdə bunlar nəzərə alınıb”, - ekspert bildirib.
 
Yeni qərara əsasən, sürücünün iş və istirahət vaxtı iə bağlı, habelə rəqəmsal taxoqrafla işləmək üçün tələb olunan digər məlumatların saxlanılmasını təmin etmək üçün rəqəmsal taxoqraf kartı quraşdırılacaq. 

Bundan əlavə, icazəsiz taksi fəaliyyəti ilə məşğul olanlar 40.000 AZN məbləğində cərimələnəcəklər. Bu haqda müvafiq qanun təsdiqlənib.
 
Eltac Nurullazadə



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol