Azərbaycanda son sutkada 1 nəfər koronavirusa yoluxub

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada infeksiyaya 1 yeni yoluxma faktı qeydə alınıb.
COVID-19-a yoluxan 2 nəfər sağalıb.
İndiyədək ölkədə ümumilikdə 831 890 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 598 nəfər müalicə olunaraq sağalıb, hazırda 11 aktiv xəstə var. Bu günə qədər 10 281 nəfər vəfat edib.
Eyni zamanda ölkədə son sutka ərzində 31 nəfər vaksinasiya olunub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























