• $
  • €
  • ₽
  • ₺
  • £

"Media və hibrid təhdidlər" mövzusunda seminarlara başlanılıb

"Media və hibrid təhdidlər" mövzusunda seminarlara başlanılıb
20.06.2023 09:48
Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə 20-dən çox media subyektinin nümayəndələri üçün Finlandiyanın media və böhran kommunikasiyası üzrə ekspertləri tərəfindən "Media və hibrid təhdidlər" mövzusunda seminarlara başlanılıb.


Seminarın açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli ölkəmizdə informasiya məkanının çoxsaylı təhdid və təzyiqlərə məruz qaldığını, Azərbaycana qarşı aparılan dezinformasiyaların qarşısının alınmasının vacibliyini bildirib. Vurğulanıb ki, bu mövzuda Finlandiyanın qabaqcıl təcrübəsinin öyrənilməsi məqsədilə belə seminarların təşkili mühüm töhfə olacaq.


Finlandiya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kirsti Narinen bildirib ki, belə seminarların keçirilməsi mediada hibrid təhlükələrin aşkarlanması, doğru informasiya ilə saxta məlumat arasındakı sərhədin müəyyənləşdirilməsi, hibrid təhlükənin olduğu şəraitdə jurnalistlərin düzgün hərəkət edə bilməsi üçün əhəmiyyətli rol oynayır. O qeyd edib ki, seminarlarda risklərin müəyyənləşdirilməsi və necə mübarizə aparılacağına dair mühüm məsələlər müzakirə ediləcək.


İki gün davam edəcək seminarlarda Finlandiyanın Xarici İşlər Nazirliyinin eksperti Vesa Kekäle, Milli Audiovizual İnstitutun direktor müavini Leo Pekkala və  Fövqəladə Təchizat Təşkilatı "Mediapooli”də Hazırlıq bölməsinin rəhbəri Tero Koskinen "Media savadlılığı”, "Finlandiyada media savadlılığı işinin necə təbliğ edildiyi, uğurlu nümunələr”, "Keçid periodunda media”, "İnformasiya manipulyasiyasının təsviri, informasiya manipulyasiyası üçün ilkin şərtlər”, "Medianın rolu: jurnalistika və qərar qəbul edənlər arasında əlaqə”, "İnformasiya manipulyasiyasına qarşı dayanıqlılıq: hökumət tərəfindən əks tədbirlər daxil olmaqla bütün cəmiyyət yanaşması”, "Finlandiyada ənənəvi medianın situasiya məlumatlılığının təhlili”, "Finlandiyada jurnalistika infrastrukturu: Xəbər mediasına güvən” və s. mövzularda çıxış edəcəklər. Eyni zamanda "Azərbaycanın media landşaftında situasiya məlumatlılığının təhlili”, "Təhlildə müəyyən edilmiş riskləri necə prioritetləşdirmək, praktikada riskləri necə həll etmək olar?” mövzusunda vörkşopun keçirilməsi nəzərdə tutulub.
Seminarların yekununda iştirakçılara sertifikatlar təqdim olunacaq.  



Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol