Mübariz Mənsimovun atası vəfat edib

Türkiyədə yaşayan iş adamı, "Palmali Holdinq" şirkətinin rəhbəri Mübariz Mənsimovun Qurban Mənsimov müalicə aldığı "Liv Hospital"da vəfat edib. Bu barədə şirkətin mətbuat katibi Fidan Quliyeva məlumat verib.
Yanvarın 6- da qəfil halı pisləşən Qurban Mənsimov İstanbulun "Live Hospitalı"nda müalicə alırmış.
Qurban Mənsimov sabah Bakıda dəfn ediləcək.
Mərhum 1937-ci il Masallının Miyanku kəndində doğulub. Uzun zaman Bakı limanında fəhlə işləyib. Keçmiş SSRİ dövründə bir çox yüksək orden və medallara layiq görülüb.
2020-ci ilin martında FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilərək saxlanılan Mübariz Mənsimovun 2021-ci ilin martında məhkəməsi keçirilmiş, o, 5 il müddətinə cəza alaraq məhkəmə nəzarəti altında şərti azadlığa buraxılmışdı.
İş adamı iyunun 29-da İstanbuldan çıxmama şərtiylə ev həbsindən azad olunub.
Aytac Zeynalova
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























