• $
  • €
  • ₽
  • ₺
  • £

Qiymətlər dövlət tərəfindən tənzimlənsə, taksilərin qiyməti arta bilər - VİDEO

Qiymətlər dövlət tərəfindən tənzimlənsə, taksilərin qiyməti arta bilər - VİDEO
24.06.2023 14:47
Uzun illərdi taksi fəaliyyəti ilə məşğul olan  Kazım Kamiloglu taksi qiymətlərinin aşağı olmasından şikayətçidir.
 
O söyləyir ki, əvvəllər  UBER-də sürücü işləyib. Amma qiymətlər aşağı olduğundan bu iş ona sərf etməyib. Hazırda fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur.
 
" 60 -dan çox yaşım var. Səhərdən axşama kimi burda 5-10 manat pul qazanmaq üçün otururam. Vəziyyətimiz həddindən artıq çətinləşib. Taksi qiymətlərini qaldırmırlar. Elə qiymət qoysunlar ki, hamımız işləyə bilək. Sovet dövründə hər şey əla idi. 8 saat işləyirdik, yaxşı da dolanırdıq. İndi ancaq qiymətləri öldürüblər. Əvvəl UBER-də işləyirdim. Qiymət çox ucun idi, hələ bir faiz də tuturdular. Elə bil hambalçılıq edirdim",- sürücü əlavə edib.

Rəqəmsal inkişaf və nəqliyyat nazirliyi də Azərbaycanda taksi qiymətlərini qaldırılması təklifi ilə çıxış edib. Nazir Rəşad Nəbiyev bildirib ki, dünyanın heç bir yerində belə ucuz taksi qiymətləri yoxdur.
 
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlının fikrincə, Azərbaycan əhalisinin əksəriyyəti taksilərin fəaliyyətindən narazıdırlar.
 
" Heç kim dəqiq deyə bilməz ki, taksilərin qiymətləri konkret olaraq  ya 5 manat, ya da 3 manat qalxacaq. Dövlətin bu gün marağı ondan ibarətdir ki, taksilərin qiymətləri minimal qiyməti müəyyənləşsin.  Qanunvericilikdə müəyyən olunub ki, vətəndaş taksiyə minən kimi qiymət 1 manat 50 qəpikdən başlayır. Taksiyə mindikdən sonra 1 metrdə getsəz, 10 metrdə 1 manat 50 qəpik yazır. Bu bizim qanununun tələbidir. Amma ölkəyə daxil olan bəzi xarici şirkətlər qiymətləri darmadağın edib, 80 qəpiyə sərnişin aparır. Bu kimi halların qarşısının alınması üçün dövlət müvafiq qaydalar qəbul etməlidir",- ekspert bildirib.
 
Millət vəkili Vahid Əhmədovun fikrincə isə, dövlət tərəfindən qiymətlər tənzimlənsə qiymətlər qalxa bilər.
 
"Ümumiyyətlə taksilərin qiymətlərini dövlət tənzimlənir. Kim nə qədər sərnişin daşıyıbsa, o qədər də qazanır. Yəni bazar qiymətləri tənzimləyir. Əgər dövlət tərəfindən qiymətlər tənzimlənəcəksə, qiymətlər qalxa bilər. Taksi bazarda yüngül avtomobillərin sayı 68 mindən 30 minə salsalar əlbəttəki qiymətlər qalxacaq. Say saxlanılsa, o zaman qiymətlər qalxmayacaq",- deputat vurğulayıb.

Əhalinin  taksi qiymətlərinin bahalaşmasına olan münasibətlərini öyrəndik.
 

Ətraflı videoreportajı diqqətinizə çatdırırıq:
 
 
 
 

İSTİQAMƏT: 6.3.11. regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi;
Qeyd: Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb.  
 
Aytac Zeynalova 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anar Bayramov direktoru işdən çıxarıb
Cəmiyyət 14:56
Anar Bayramov direktoru işdən çıxarıb
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəmiyyət 14:42
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəlilabadda 6 kəndin işığı kəsilib
Cəmiyyət 14:28
Cəlilabadda 6 kəndin işığı kəsilib
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Cəmiyyət 13:29
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Cəmiyyət 13:21
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Cəmiyyət 13:16
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Cəmiyyət 13:03
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:53
Sabahın hava proqnozu açıqlanıb
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Cəmiyyət 12:47
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol