TƏBİB-ə zəlzələyə görə müraciət edənlərin sayı açıqlanıb

Bakıda iyulun 4-də qeydə alınan zəlzələ nəticəsində Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 34 nəfər müraciət edib. Bu barədə TƏBİB-dən məlumat verilib.
Müraciət edənlərin 26-sı qadın, 5-i kişi, 3-ü uşaqdır.
"32 nəfərə yerində yardım göstərilib, 2 nəfər isə aidiyyəti üzrə tibb müəssisəsinə təxliyə olunub. Müraciətlər əsasən arterial təzyiq, stresə qarşı reaksiya, travma, bədənin müxtəlif hissələrində olan ağrılarla bağlı olub", - TƏBİB-in açıqlamasında qeyd olunub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























