• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda yeni bir zəlzələnin baş vermə ehtimalı yoxdu

Azərbaycanda yeni bir zəlzələnin  baş vermə ehtimalı yoxdu
04.07.2023 11:58
Zəlzələnin öncədən olacağını və bununla bağlı proqnoz vermək mümkün deyil. Bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Xəzər dənizində baş verən zəlzələyə dair keçirdiyi mətbuat konfransında bildirib.


Onun sözlərinə görə, Azərbaycan hal-hazırda zəlzələ zonasında yerləşmir və güclü zəlzələnin baş vermə ehtimalı yoxdur.


"Gecə saat 00:01-də Xəzər dənizində  5,5 bal gücündə  zəlzələ baş verib. Zəlzələ bütün şimal rayonları, eləcə də Bakı şəhəri də daxil olmaqla Abşeronun müəyyən yerlərində hiss olunmuşdur. Təkanın baş verməsi 10 saniyədən bir qədər artıq çəksə də elə də qorxulu bir fasad törətməmişdir. Zəlzələ  nəticəsində heç bir dağıntı qeydə alınmayıb. Dünən baş verən təkənların heç bir qorxusu yoxdur. Çünki zəlzələ 65 km dərində baş verib. Bu da təhlükə törədə bilməz. 5.5 maqnitudalı zəlzələdən sonra, ondan güclü yeni bir zəlzələnin baş vermə ehtimalı da yoxdur. Çunki əsas güc və enerji birinci təkanda olur. Amma Azərbaycan da zəlzələ olmayacaq deyə bir şey də yoxdur. Azərbaycanda zəlzələ ola bilər. Amma burada əsas məsələ zəlzələyə davamlı tikililərin keyfiyyətini həyata keçirməkdir", - o bildirib.


Qurban Yetirmişli bildirib ki, vətəndaşlar sosial şəbəkələrdə yayılan yalan məlumatlara inanmasınlar və yalnız rəsmi orqanların yaydığı xəbərlərə güvənsinlər.
 
Eltac Nurullazadə

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol