• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell Biznes ölkənin kənd təsərrüfatı sahəsinə müasir texnologiyalar gətirir

Azercell Biznes ölkənin kənd təsərrüfatı sahəsinə müasir texnologiyalar gətirir
26.07.2023 12:45
Müasir texnologiyaların tətbiqi ilə ölkədə kənd təsərrüfatının inkişafına töhfə verən Azercell Biznes suvarma sistemləri üçün IOT tipli (Əşyaların İnterneti) innovativ həll təqdim edir. Şirkətin yeni "Suvarmaya nəzarət sistemi” həlli böyük sahələrin suvarma prosesini avtomatik rejimdə uzaqdan idarə etməyə imkan verir.
 
Azercell-in yeni aqro həlli suvarma prosesini asanlaşdırmaqla yanaşı, sahibkarlara əlavə xərclərdən azad olmağa, əməliyyat vaxtına qənaət etməyə dəstək olacaq. Eyni zamanda, innovativ həll avtomatlaşdırılmış idarəetmə proseslərindən faydalanaraq daha çox məhsulun hasilatına və ən əsası, su resurslarından səmərəli istifadə istiqamətində effektiv nəzarətə şərait yaradacaq.
 
Həm veb, həm də mobil tətbiq vasitəsilə istifadəsi mümkün olan bu həll qurğuların elektrik təchizatına, kəsintisiz çalışmasına, vaxtlı-vaxtında işə salınmasına və dayandırılmasına, həmçinin suvarma istiqamətinə məsafədən nəzarət etməyə imkan verir. Bundan əlavə, tətbiq suvarma sisteminin əsas idarəetmə kabelinin mühafizəsini təmin edir və sistemə kənar müdaxilə cəhdləri barədə istifadəçini məlumatlandırır. Azercell Biznes tərəfindən təqdim edilən yeni həll Azərbaycan Respublikasının 2022-2026-cı illər üçün sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində kənd təsərrüfatının təkmilləşməsi və rəqəmsallaşmasına öz töhfəsini verəcək. Ölkədə mobil rabitə operatoru tərəfindən ilk dəfə istifadəyə verilən bu həll dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat, təmiz ətraf mühit və "yaşıl artım ölkəsi” strateji çərçivələri həyata keçirməyə dəstək olacaq.
 
Azercell-in "Suvarmaya nəzarət sistemi” yeni aqro həlli haqqında daha ətraflı məlumat üçün https://www.azercell.com/az/corporate/iot/suvarmaya-nezaret-sistemi.html səhifəsinə müraciət edin.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Cəmiyyət 13:03
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:53
Sabahın hava proqnozu açıqlanıb
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Cəmiyyət 12:47
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Cəmiyyət 12:34
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Cəmiyyət 12:28
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol