• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan media azadlığında 3 ölkəni daha keçib

Azərbaycan media azadlığında 3 ölkəni daha keçib
27.07.2023 17:54
2023-cü ilin altı ayında Azərbaycan media azadlığı indeksinə görə, 3 pillə irəliləyərək 180 ölkə arasında 151-ci yerdə qərarlaşıb. Bu barədə, RSF (Sərhədsiz Reportyorlar) məlumat paylaşıb. 
 
Məlumata görə, Azərbaycan Əfqanıstan, Tacikistan və Küveyti keçərək 180 ölkə arasında 151-ci yerə qalxıb.  2022-ci ildə ölkə 154-cü sırada olub. 

Azərbaycan 2022-ci ildən etibarən 10 ölkədən geri qalaraq siyasi göstəricidə 165-ci yerə düşüb. Siyasi göstərici dövlətin və ya digər siyasi aktorların siyasi təzyiqləri qarşısında medianın muxtariyyətinə verilən dəstəyin və hörmətin dərəcəsini qiymətləndirir.

İqtisadi göstərici hökumət siyasəti, qeyri-dövlət subyektləri (reklamçılar və ticarət tərəfdaşları) və media sahibləri ilə bağlı iqtisadi məhdudiyyətləri qiymətləndirir. Bu göstəriciyə görə, Azərbaycan 2022-ci ildən 6 pillə geriləyərək 173-cü yerdə qərarlaşıb.

Hüquqi göstərici jurnalistlər üçün hüquqi və tənzimləyici mühiti (o cümlədən senzuranın səviyyəsi, mənbələri qorumaq bacarığı və jurnalistlərə qarşı zorakılığa görə cəzasızlıq səviyyəsini) qiymətləndirir. Bu sahədə Azərbaycan ötən ildən 9 pillə geriləyərək 149-cu yeri tutub.

Sosiomədəni göstərici jurnalist azadlığına mane olan və özünüsenzuranı təşviq edən sosial və mədəni məhdudiyyətlərin (cins, sinif, etnik və din kimi məsələlərə görə) təsirini qiymətləndirir. Azərbaycan sosial-mədəni göstəriciyə görə ötən ildən 11 pillə geriləyərək 135-ci yerə düşüb.

Təhlükəsizlik göstəricisi lazımsız fiziki, psixoloji və ya peşəkar zərər riski olmadan jurnalist xəbərlərini və məlumatlarını müəyyən etmək, toplamaq və yaymaq qabiliyyətini qiymətləndirir. Təhlükəsizlik göstəricisinə görə Azərbaycan 2022-ci ildən 26 pillə irəliləyərək 126-cı yerdədir.

Sərhədsiz Reportyorlar, Fransız Sərhədsiz Reportyorlar (RSF) 1985-ci ildə Fransada bütün dünyada mətbuat azadlığını müdafiə etmək üçün yaradılmış beynəlxalq təşkilatdır.

Rabia Hale Seferoğlu
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol