Əlilliyə əsas verən meyarların sayı artırılıb

Əlilliyə əsas verən meyarların sayı artırılaraq 563-dən 590-a çatdırılıb.
Dəyişikliklə bir sıra meyarlar üzrə orqanizmin funksiyalarının pozulması faizi artırılıb, bir sıra meyarlar üzrə orqanizmin funksiyalarının pozulması müddəti artırılıb və ya "müddətsiz” olaraq qeyd olunub.
Xromosom anomaliyalı xəstəliklər üzrə orqanizmin funksiyalarının pozulma faizinin minimum həddi artırılaraq 65% və daha yüksək olaraq müəyyənləşdirilib.
www.anews.az
"Report” xəbər verir ki, bununla bağlı "Əlilliyin müəyyən olunması meyarları”nda dəyişiklik edilib.
Həmçinin 18 yaşadək birinci tip şəkər xəstəsi uşaqlarda ağırlaşmalarla bağlı tələb, əqli geriliyi olan 8 yaşadək uşaqlarda IQ test tələbi aradan qaldırılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























