Ermənistanla Azərbaycan arasında ərazi mübahisəsi bu şərtlə həll oluna bilər

Azərbaycanla Ermənistanın ərazi mübahisəsi delimitasiyası və demarkasiyası prosesi çərçivəsində həll edilməlidir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.
İyulun 12-də Ermənistan-Azərbaycan dövlət sərhədinin demarkasiyası və sərhəd təhlükəsizliyi üzrə Komissiyanın və Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası üzrə Dövlət Komissiyasının 4-cü iclasını elan edib. İclasa Ermənistan baş nazirinin müavini Mher Qriqoryan və Azərbaycan hökuməti sədrinin müavini Şahin Mustafayev sədrlik edib. Tərəflər sərhədin demarkasiyası məsələlərinin müzakirəsini davam etdirib, bir sıra təşkilati və prosedur məsələlərini nəzərdən keçirib, komissiyaların növbəti iclasının tarixini və yerini müəyyənləşdirmək barədə razılığa gəliblər.
Aytac
www.anews.az
Son xəbərlər 
Daha çox 























