• $
  • €
  • ₽
  • ₺
  • £

Jurnalistlər üçün “Rəqəmsal Savadlılıq” təlimi başa çatıb

Jurnalistlər üçün “Rəqəmsal Savadlılıq” təlimi başa çatıb
03.08.2023 15:01
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi və Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının təşkilatçılığı ilə jurnalistlər üçün keçirilən 2 aylıq "Rəqəmsal Savadlılıq” təlimi başa çatıb. 
 
Təlimin başa çatması ilə bağlı keçirilən tədbirdə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr əvəzi İnarə Vəliyeva, Elektron Təhlükəsizlik Xidmətinin rəis müavini Samir Rəsulov, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov çıxış edib. 
 
İRİA-nın sədr əvəzi İnarə Vəliyeva bildirib ki, bu təlim vasitəsilə ixtisaslaşmış jurnalistlərin sayının artırılması əsas məqsədlərdəndir. 

"Ölkənin rəqəmsal inkişafa doğru getdiyi bu yolda sürətli məlumat mübadiləsi, kommunikasiya və məlumatların hədəf kütləyə doğru çatdırılmasında mətbuat ən böyük dəstəkçilərimizdəndir. Bu "bootcamp”ı tərəfdaşlarımızla birgə təsis etməkdə əsas məqsədimiz  bu yolda bizimlə çiyin-çiyinə çalışan ixitsaslaşmış media nümayəndələrinin sayını artırmaq  və İKT üzrə bilik və bacarıqlarını daha da inkişaf etdirməkdir”, - Vəliyeva çıxışında vurğulayıb. 

Tədbirin sonunda 21 iştirakçıya sertfikat və hədiyyələr verilib. 
 
"Rəqəmsal Savadlılıq” təlim proqramları  2 ay ərzində iştirakçıların nəzəri və praktik bacarıqlarının artırılmasına, həmçinin  mediada İKT ilə bağlı maarifləndirici məlumatların düzgün şəkildə yayılmasına xidmət edir. Təlimlər müddətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeli alt qurumları, eləcə də peşəkar təlimçi və ekspertlər tərəfindən  rəqəmsal marketinq və brendləşmə, sənaye prosesində SCADA sistemləri, genişzolaqlı internet və inkişaf perspektivləri, elektron təhlükələr və onlardan müdafiə üsulları, mediada İKT, texnologiyaların istifadəsi və qanunvericilik, rəqəmsal ID-nin tətbiqi, CIA Modeli- Konfidensiallıq, bulud texnologiyaları, Blokçeyn və kriptovalyuta texnologiyalarının tətbiqi kimi mövzularda təlimlər keçirilib. Layihə çərçivəsində media nümayəndələrinə əyani dərslərlə yanaşı, praktiki dərslər də keçirilib. 



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol