• $
  • €
  • ₽
  • ₺
  • £

Musiqi məktəblərinə işə qəbulun müsahibə mərhələsi üçün qeydiyyat başlayır

Musiqi məktəblərinə işə qəbulun müsahibə mərhələsi üçün qeydiyyat başlayır
17.08.2023 18:08
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktor, direktor müavini və müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi üçün qeydiyyat başlanır.

Bu barədə  Mədəniyyət Nazirliyindən xəbər verilib.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 2023-cü il 4 aprel tarixli 3-24/3-1-f-63/2023 nömrəli əmri ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktorların, direktor müavinlərinin və müəllimlərin işə qəbulu Qaydaları"na əsasən, məktəb və mərkəzlərə direktorların, direktor müavinlərinin və müəllimlərin işə qəbulu müsabiqə əsasında həyata keçirilir. Müsabiqə test imtahanından və müsahibədən ibarət olmaqla iki mərhələdə təşkil olunur.

Uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktor, direktor müavini və müəllimlərin işə qəbulu üzrə test imtahanı 16 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ilə birgə keçirilmişdir.

Müsabiqənin müsahibə mərhələsində direktor və direktor müavinlərinin işə qəbulu üzrə test imtahanında direktor vəzifəsi üzrə 50 bal (Bakı şəhərinin məktəbləri üzrə 70 bal, Sumqayıt və Gəncə şəhərləri, Abşeron rayonu üzrə 60 bal), direktor müavini vəzifəsi üzrə 45 bal (Bakı şəhərinin məktəbləri üzrə 63 bal, Sumqayıt və Gəncə şəhərləri, Abşeron rayonu üzrə 54 bal);
müəllimlərin işə qəbulu üzrə test imtahanında 35 bal (Bakı şəhərinin məktəbləri üzrə 49 bal, Sumqayıt və Gəncə şəhərləri, Abşeron rayonu üzrə 42 bal), simli alətlər (violonçel və kontrabas), klassik və milli nəfəsli alətlər, xoreoqrafiya ixtisasları üzrə 30 bal (Bakı şəhərinin məktəbləri üzrə 44 bal, Sumqayıt və Gəncə şəhərləri, Abşeron rayonu üzrə 37 bal) toplamış namizədlər iştirak edə bilərlər.

Müsahibə mərhələsi üzrə qeydiyyat və vakansiya seçimi 18 avqust 2023-cü il saat 09:00-dan etibarən aşağıdakı linklər vasitəsilə aparılacaqdır https://bit.ly/3QZZ00b (direktor və direktor müavini vəzifələri üzrə) http://bit.ly/45aSEiI (müəllimlər üzrə).

Qeyd: Mədəniyyət Nazirliyinin tabeliyində olan uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində 2022-ci ildə iştirak etmiş namizədlərin əldə etdikləri nəticələr (toplanmış ballar) 2 (iki) il qüvvədə qalır (2022 və 2023-cü illər). Bununla əlaqədar, 2022-ci ildə test imtahanında müvafiq minimal balı toplamış namizədlər birbaşa müsahibə mərhələsi üzrə qeydiyyatdan keçə və vakansiya seçimi edə bilərlər.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol