Daşaltıda 31 il əvvəl şəhid olan Məhərrəm Abbasov dəfn olunub

Şuşada, Daşaltı uğrunda gedən döyüşlərdə 31 il əvvəl şəhid olan Məhərrəm Abbasovun meyitinin qalıqları Bakının Nizami rayonunun Keşlə qəsəbəsində Şəhidlər xiyabanında dəfn olunub.
Dəfn mərasimində şəhidin ailə üzvləri, Müdafiə Nazirliyinin, rayon ictimaiyyətinin nümayəndələri, döyüş yoldaşları, rayon sakinləri, qazilər və media nümayəndələri iştirak ediblər.
Məhərrəm Abbasov yaylım atəşi və Dövlət Himninin sədaları altında torpağa tapşırılıb.
Dəfn mərasimində Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərin ruhuna dualar oxunub, şəhidin məzarına tər güllər düzülüb, əklil qoyulub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























