• $
  • €
  • ₽
  • ₺
  • £

“Bakcell”in baş sponsorluğu ilə 3-cü “YAŞAT” düşərgəsi davam edir

“Bakcell”in baş sponsorluğu ilə 3-cü “YAŞAT” düşərgəsi davam edir
23.08.2023 14:06
"Bakcell”in baş sponsorluğu, "YAŞAT” Fondunun və "ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən və Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 3-cü "YAŞAT” düşərgəsi davam edir.

Şamaxı rayonunda, "Shamakhi Palace Sharadil” otelində təşkil olunan və 7 həftə davam edəcək düşərgədə 350-dən çox uşaq iştirak edir.
Düşərgə ərzində uşaqlar üçün interaktiv təlimlər, tanınmış şəxslər ilə görüşlər, ekskursiyalar, təlim və konsultasiyalar, eləcə də əyləncəli konsert proqramları keçirilir.

Bu dəfə, düşərgənin qonağı "Bakcell” şirkəti olub. "Bakcell” uşaqlar üçün "Cizgi filmini yaradıram” mövzusunda proqramlaşdırma master-klası təşkil edib.
Uşaqlar "Scratch” proqramlaşdırma platformu üzərində öz qısa cizgi filmini kodlaşdırıblar. Bu fəaliyyət düşərgə iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Şəhid və qazilərin ailə üzvlərinə qayğı və diqqətin göstərilməsi "Bakcell” şirkətinin KSM proqramının əsas istiqamətlərindən biridir.

"Bakcell” şirkəti NEQSOL Holding-in tərkibinə daxildir.

Məlumat üçün bildirək ki, şəhid və qazi ailələrinə dəstək NEQSOL Holding və "YAŞAT” Fondu arasında bu ilin əvvəlində imzalanan Anlaşma Memorandumu çərçivəsində həyata keçirilir. Memoranduma əsasən, NEQSOL Holding "YAŞAT” Fonduna bu il üçün 500 min AZN vəsait ayırıb. Vəsait hesabına il ərzində şəhid ailələrinə və qazilərə müxtəlif sosial dəstək göstərilir, eləcə də bir sıra xüsusi layihələr həyata keçirilir.

Qeyd edək ki, "Bakcell" şirkəti hazırda "Bakcell" ilə ən sürətli ol” şüarı ilə genişmiqyaslı kampaniya həyata keçirir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol