• $
  • €
  • ₽
  • ₺
  • £

Azəriqaz abonentlərə xəbərdarlıq edib

Azəriqaz abonentlərə xəbərdarlıq edib
25.08.2023 16:51

Sayğacdan sonra layihə-smeta sənədlərinə uyğun olaraq heç bir kəməri bağlı yerlə aparmaq olmaz. Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır.

"Azəriqaz” İB xəbər verir ki, bu sözləri İB-nin SƏTƏMM və Keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov "Açıq qapı” aksiyası çərçivəsində media nümayəndələri ilə keçirilən görüş zamanı bildirib.
 
Qurum rəsmisinin sözlərinə görə, bəzi abonentlər gizli şəkildə qaz borularını yerin altı ilə çəkir.
"Bu kimi edilən dəyişikliklər sonda bədbəxt hadisə ilə nəticələnir. Abonentlərdən bu mövzuda son dərəcə diqqətli olmaları xahiş olunur. Qaz borularının yerin altı ilə aparılması qadağandır. Bu zaman qaz sızması halları yoxlanışlarda hiss olunmadığından əksər hallarda partlayış baş verir. Buna görə də mümkün qədər diqqətli olmaq lazımdır”, - deyə şöbə rəisi bildirib.

İB-nin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev sosial şəbəkə üzərindən borc saldosunun necə əldə olunması ilə bağlı ünvanlanan suala aydınlıq gətirib. Şöbə rəisinin sözlərinə görə abonentin özü və yaxud notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında çıxış edən digər vətəndaş "ASAN xidmət” və "ASAN Kommunal” mərkəzlərinə müraciət etməlidir.

"Vətəndaşlar müraciət zamanı şəxsiyyət vəsiqəsinin əslini təqdim etməli, sayğac nömrəsi və ya abonent kodu haqqında hər hansı bir məlumatdan istifadə etməlidirlər. Bununla da borc saldosunu əldə edə bilərlər. Qeyd edək ki, bunun üçün heç bir rüsum tələb olunmur”, - deyə İbrahim Kərbalayev qeyd edib.
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol