Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah saat 10:00-dan "Keşlə” QPS-də 4 ədəd istismara yararsız siyirtmənin yenisilə əvəz olunması və "Qaz İxrac” İdarəsi tərəfindən saat 09:00-dan "Göyçay-1” QPS-də 2 ədəd istismara yararsız siyirtmənin demontaj olunaraq əvəzinə yeni siyirtmənin quraşdırılması ilə əlaqədar qaz təchizatı dayandırılacaq.
Təmir-quraşdırma işləri aparılan müddətdə Xətai rayonunun S.Vəzirov, N.Əliyev, S.Sinuşkin, Y.Səfərov, A.İsmayılov, F.Bayramov, M.Rəfibəyli, M.Mehdizadə, S.Orucov küçələrinin, Ağ Şəhər, Babək və Xocalı prospektlərinin, eləcə də Göyçay rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
www.anews.az
Bu barədə "Azəriqaz İB”dən bildirilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























