Bakıda və rayonlarda leysan yağıb - FAKTİKİ HAVA

Bakıda və rayonlarda leysan yağıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Sentyabrın 12-si saat 18:00-a olan məlumatına əsasən, Daşkəsən, Göygöl, Naftalan, Şəmkir, Ceyrançöl, Tovuz, Balakən, Şəki, Qax, İsmayıllı, Altıağac, Quba, Qusar, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Kürdəmir, Biləsuvar, Yardımlı, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli yağış yağıb.
Daşkəsən, Göygöl, Balakən, Şəki, Qax, Göyçayda duman müşahidə olunub.
www.anews.az
Son xəbərlər 
Daha çox 























