• $
  • €
  • ₽
  • ₺
  • £

Xocalıda milyon dollarlıq narkotik becərilib - Elşad Hacıyev

Xocalıda milyon dollarlıq narkotik becərilib - Elşad Hacıyev
06.10.2023 18:59

Aşkar edilən faktlar və ümumi vəziyyət onu deməyə əsas verir ki, 30 il ərzində nəzarətsiz zona kimi olan bu ərazilərdə yalnız cinayətkar fəaliyyət təşkil olunub.

Bu barədə Xocalıda narkotik plantasiyası aşkarlanan ərazidə jurnalistlərə açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev deyib.

Elşad Hacıyevin sözlərinə görə, yerli əhali həmin bu cinayətkar fəaliyyətə cəlb edilib:
"Nəticə etibarilə, Xocalı rayonunun Ballıca ərazisində böyük narkotik plantasiyası aşkarlanıb. Aparılan təhlillər onu deməyə əsas verir ki, hələ bu görünənlərdir. Demək ki, hansısa parniklərdə, istilikxanalarda narkotik vasitələrin başqa növlərinin, kimyəvi tərkibli narkotik maddələrin hazırlanması prosesi istisna edilmir. Aşkar edilən faktlar üzrə, sözsüz ki, müvafiq cinayət işi açılıb. Və bunun əsasında müəyyən ediləcək ki, bütün bu vasitələr harada və necə realizə olunub”.

Xidmət rəisi qeyd edib ki, əraziyə mütəxəssislər dəvət edilib, onların yekun qərarı dinlənilib: "Yekun qərar o oldu ki, bu ərazilərdə narkotik vasitələr xüsusi üsul və qulluqla yetişdirilib, becərilib və digər ölkə vasitəsilə qara bazara çıxarılması təmin edilib. Bu ərazilərdə təqribən milyon dollar həcmində narkotik vasitələrin əkin-biçini aparıldığını düşünürük”.

Elşad Hacıyev ərazidə digər transmilli cinayətkarlıq növlərinin də aparılmasının istisna edilmədiyinin əlavə edib: "Bu gün Azərbaycan Respublikasının əsas işi aidiyyəti dövlət qurumlarının əsasında məhz bu ərazinin de-kriminallaşdırılmasıdır. Başqa bir təhlükəmiz isə mina təhlükəsizdir. Xüsusilə təmas xətti boyunca sahələr var ki, müxtəlif tamamilə minalarla döşənmişdir. Ərazidə sürpriz minalar da çoxluq təşkil edir - körpülərdə, yol kənarlarında, su hövzələrin kənarında və sair. Bütün hallarda diqqət ona yönəlib ki, ərazi tam təhlükəsiz vəziyyətə gətirilsin”.
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol