• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərlotereya”da yeni təyinat olub

“Azərlotereya”da yeni təyinat olub
23.10.2023 13:56
"Azərlotereya” ASC-də kadr dəyişikliyi olub. Şirkətin İnsan resursları və inzibati məsələlər üzrə yeni direktoru Leyla Namazova təyin edilib. 

İnsan resurslarının idarə edilməsində 15 ildən artıq təcrübəyə malik Leyla Namazova regional və qlobal miqyasda fərqli sektorlarda böyük və müxtəlif işçi heyətlərinin dəstəklənməsi sahəsində yüksək biliyə sahibdir. 

O, bundan öncə "Kapital Bank”da İstedadların cəlb edilməsi və biznes partnyorluq şöbəsinin rəhbəri vəzifəsində çalışıb. Həmçinin 2016-2023-cü illərdə "Borusan Cat”da insan resursları üzrə müxtəlif rəhbər vəzifələrində fəaliyyət göstərib. Leyla Namazovanın təcrübəsinə 2013-2016-ci illərdə ADA Universitetində İnsan resursları üzrə kurator, 2013-cü il "Embafinans” kredit təşkilatında İnsan resursları üzrə direktor, 2007-2013-cü illərdə isə "Xalq” Bankın İnsan resursları üzrə rəhbəri kimi fəaliyyətləri də daxildir. 

Effektiv fəaliyyətin əsas şərtlərindən olan kadr siyasətinin peşəkarlığına önəm verən "Azərlotereya” işçilərinin karyera imkanlarının genişləndirilməsinə xüsusi diqqət yetirir. 

Şans oyunları sektorunda innovativ xidmət göstərmək missiyasını daim yerinə yetirən "Azərlotereya”nın kadr siyasətində həyata keçirdiyi yeniliklər əməkdaşların iş prosesini daha səmərəli və effektiv hala gətirir, onların peşəkar inkişafına dəstək göstərir. Kadrlarla işgüzar imkanları yaradan "Azərlotereya”nın işçilərin təcrübə və bacarıqlarını qiymətləndirərək müvafiq vəzifələrə təyin etməsi həm onların motivasiyasının artırılması, həm də şirkətin məhsuldarlığının səmərəliliyinə böyük töhfə verir. "Azərlotereya”da işçilər peşəkarlıq səviyyəsinin yüksəldilməsi, onların inkişafının artırılması məqsədilə münbit şərait və rəqabətə davamlı əmək haqqı ilə təmin olunurlar.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2001-ci il fərmanına əsasən yaradılmış "Azərlotereya” ASC 2021-ci ildə Türkiyənin dünyaca nüfuzlu "Demirören Holdinq”inə idarəetməyə verilib. "Demirören Holdinq” hazırda Türkiyə və beynəlxalq arenada uzunmüddətli və davamlı sərmayə yatırım həyata keçirmək, iqtisadiyyatda əlavə dəyər yaratmaq məqsədilə KİV, daşınmaz əmlak, turizm, təhsil, texnologiyalar və şans oyunları kimi müxtəlif sahələrdə fəaliyyət göstərir. 



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol